"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Düşmənlə üzbəüz səngərlərdə xidmət edən hərbçilərimizlə görüş… – FOTOLAR

10 May 2015 - 15:20
in XƏBƏR LENTİ
Düşmənlə üzbəüz səngərlərdə xidmət edən hərbçilərimizlə görüş... - FOTOLAR

Mayın 9-da bir qrup jurnalist, Milli Məclisin üzvləri və QHT rəhbərləri Xocavənd rayonu ərazisində yerləşən cəbhə bölgəsində olublar. Səfər iştirakçıları öncə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşüblər. O, deputatların və jurnalistlərin səfərini cəbhə bölgəsində qulluq edən hərbçilər və burada yaşayan insanlara böyük mənəvi dəstək kimi qiymətləndirib.
Daha sonra səfər iştirakçıları Xocavənd rayonunun ərazisindəki qədim yaşayış məskəni olan Nərgiztəpəyə gediblər. Nümayəndə heyətinin üzvləri burada rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmış Şəhidlər abidə-xatirə kompleksini ziyarət edib. Qeyd olunub ki, memorial abidə-xatirə kompleksi Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılıb.
Səfər iştirakçıları həmçinin düşmənlə təmas xəttində qulluq edən hərbçilərlə görüşüblər. Zabit Elçin Kərimov da əsgərlərin böyük ruh yüksəkliyində olduğunu deyib, burada əsrgərlər üçün yüksək səviyyəli şərait yaradıldığını bildirib.
Səfər iştirakçıları həmçinin cəbhə xəttində yerləşən kəndə gediblər, sakinlərlə söhbət ediblər. Qeyd olunub ki, səfər  Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli maraqların və hərbi  məlumatların mediada qorunmasına dair təbliğatın aparılması” layihəsi çərçivəsində baş tutub.
Layihənin rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı təmas xəttində hərbçilərlə görüşmək imkanı yaratdığına görə ilk öncə Müdafiə Nazirliyinə təşəkkür edib: “Milli maraqlarımıza xidmət göstərən layihələrə birmənalı olaraq dəstək verdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə təşəkkür edirik”.
Layihə haqqında məlumat verən E.Eyvazlının sözlərinə görə, məqsəd Prezidentin cəbhəyanı bölgələrlə bağlı sərəncamından irəli gələn öhdəliklərin həyata keçirilməsinə dəstək olmaqdır: “Hesab edirik ki, hər birimiz hansı sahədə çalışmamızdan asılı olmayaraq vətəndaş olmalıyıq”.
Deputat Rövşən Rzayev xatırladıb ki, Nərgiztəpə ərazisi gərgin döyüşlər sayəsində işğaldan azad edilib:“Əminəm ki, işğal altında olan digər bölgələrimiz Prezidentimizin rəhbərliyi altında tezliklə azad olunacaq və biz Şuşaya mütləq gedəcəyik”.
Millət vəkili hərbçilərlə görüşdən təəssüratlarını da açıqlayıb: “Təmas xəttində yüksək təchizat və yüksək əhval ruhiyyə var. Təbii ki, biz müharibənin tərəfdarı deyilik. Amma Ermənistan torpaqlarımızı boşaltmasa, biz torpaqlarımızı başqa yollarla azad edəcəyik. Bu gün Birinci Avropa Oyunlarının məşəli Xocavənddə alovlanır. Çox yaxın zamanlarda bu məşəl işğal altında olan torpaqlarımızda yanacaq”.
Milli Məclis üzvü Flora Qasımova (Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı-E.P.) təmas xəttində hərbçilərlə görüşməkdən böyuk qürur hissi keirdiyini bildirib: “Bir daha əmin oldum ki, torpaqlarımızı işğaldan azad etməyə qadir ordumuz var. Hərçilərimizdə bu ruh böyükdür”.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən layihənin baş tutmasında Müdafiə Nazirliyinin də böyük yardımı olub. Qarşıdakı aylarda layihə çərçivəsində daha bir neçə cəbhə bölgəsinə jurnalistlərin və deputatların səfərləri təşkil ediləcək, hərbçilər üçün yaradılan şəraitlə bağlı ictimaiyyət məlumatlandırılacaq.
Bundan əlavə, layihənin məqsədi KİV-lərdə Dağlıq Qarabağ münaqişəsinə aid mövzuların işıqlandırılması ilə bağlı maarifləndirmə işləri aparmaq, bu sahədə yazan jurnalistlər şəbəkəsini formalaşdırmaqdan ibarətdir.
Əməkdaşımızın ön cəbhədən hazırladığı geniş reportajı “Yeni Müsavat” qəzetinin növbəti sayından oxuya biləcəksiniz.
Elşad PAŞASOY
FOTO: “YM”







Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Oliqarx Mənsimovun “dəniz döyüşü” başladı

Next Post

Ermənilər Araza möhtacdır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ermənilər Araza möhtacdır

İstanbul təyyarəsində bomba həyacanı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.