
“Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan, rus, ingilis, alman və fransız dillərində sayt (www.dailykarabakh.com) hazırlayıb. Musavat.com-un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan informasiya resursunun, hazırda Park İnn hotelinin “Dan ulduzu” zalında təqdimatı keçirilir. Təqdimatda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, millət vəkilləri Azay Quliyev, Fuad Muradov və digər ictimai şəxslər iştirak edirlər.
Musavat.com-un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan informasiya resursunun, hazırda Park İnn hotelinin “Dan ulduzu” zalında təqdimatı keçirilir.
Təqdimatda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, millət vəkilləri Azay Quliyev, Fuad Muradov və digər ictimai şəxslər iştirak edirlər.



