"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

DYP 100 taksi sürücüsü CƏRİMƏLƏNDİ

08 Oktyabr 2018 - 18:06
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYPİ) qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı aparılan mübarizəyə dair məlumat yayıb. İdarədən “Report”a daxil olan açıqlamada bildirilib ki, son vaxtlar Bakıda nəqliyyatın hərəkətində yaranan sıxlığın əsas səbəblərindən biri də qanunsuz taksi fəaliyyəti ilə məşğul olanların qanunsuz hərəkətləridir: “Artıq iş o yerə çatıb ki, vətəndaşlar da taksi sürücülərinin qanunsuz əməlləri barədə polisə şikayətlər edir. Taksi sürücüləri tərəfindən dayanma-durma qaydalarının pozulması, xüsusən avtobus dayanacaqlarının zəbt edilməsi adi hala çevrilib. Bütün bunlar vətəndaşların, sürücülərin, bütövlükdə hər bir hərəkət iştirakçısının haqlı narazılığına səbəb olur”.

Bakı şəhər Dövlət Yol Polis İdarəsi vətəndaşların müraciətlərini, bu sahədə qayda-qanunun bərpasını nəzərə alaraq qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizəyə başlayıb. Mübarizə tədbirləri çərçivəsində metronun “20 Yanvar”, “İnşaatçılar” stansiyalarının, 3-cü mikrorayon dairəsinin, iri ticarət və təhsil müəssisələrinin ətrafında qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olan, digər hərəkət iştirakçılarına maneə törədən, küçədən keçən insanlara qarşı qeyri-etik ifadələr işlədən, ictimai davranış qaydalarını pozan sürücülər barəsində ciddi tədbirlər görülür. Onların sənədləri yoxlanılarkən aylardır heç bir fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Bəzilərinin idarə etdiyi avtomobilin texniki cəhətdən nasaz olduğu, təhlükə yaratdığı da üzə çıxıb. Digər müvafiq sənədlər olmadan taksi fəaliyyəti göstərən şəxslərə də rast gəlinib. Artıq son 3 gün ərzində Bakı şəhər DYPİ-nin əməkdaşları 100-dən artıq taksi sürücüsü ilə bağlı inzibati qaydada tədbirlər görüb.

Yol polisi taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, bu sahədə nizam-intizamın yaradılması olduqca vacibdir: “Hər sürücülük vəsiqəsi olan şəxs taksi sürücüsü ola bilməz. Taksi sürücüsü avtomobili daim saz vəziyyətdə saxlamalıdır. Onlar müvafiq nişanlar nişanlanmış yerlərdə dayanıb taksi fəaliyyəti ilə məşğul olmalıdırlar. Qanunla nəzərdə tutulan yerlərdə maşın saxlamaq, yoldan keçənlərə qarşı qeyri-etik hərəkətlər etmək, sürücülərin, piyadaların yolunu kəsərək sıxlıq yaratmaq qanunsuzdur və yol polisi bu cür əməllərə qarşı mübarizəni bundan sonra da davam etdirəcək”.

Yol polisi tərəfindən mütamadi olaraq taksi fəaliyyəti ilə məşğul olan sürücülərin hüquq və vəzifələri barədə məlumatların çatdırılmasına baxmayaraq, hələ də fərqlənmə nişanı olmadan qanunsuz fəaliyyətlə məşğul olan sürücülər müəyyən olunur. Onlarla yerlərdə profiklatiki söhbətlər aparılır, xətanın ictimai təhlükəliliyi izah olunur, ümumi qanunvericiliyin tələbləri ilə bağlı izahat işləri aparılır: “Hər bir hərəkət iştirakçısı, xüsusilə sürücülər yollarında qanunlara həssas yanaşmalıdır, müvafiq tələblərə ciddi şəkildə əməl etməli, dövlətin və cəmiyyətin maraqları naminə, öz hüquq və vəzifələrini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Bu, ictimai etimad və hörməti doğruldur, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır.

Avtomobil yollarında süni sıxlıq yaradan, dayanma-durma qaydalarının pozan, avtobus dayanacaqlarını, piyada səkilərini zəbt etməklə qanunsuz taksi xidməti göstərən şəxslərin əməlləri ictimai, həm də sosial məsuliyyət yaradır. Hər bir hərəkət iştirakçısına tövsiyyə edirik ki, yollarda digər insanların qanunla qorunan maraqlarına ehtiramla yanaşsınlar”.

Həmçinin qeyd edək ki, Azərbaycan Milli Məclisi taksidə siqaret çəkən şəxslərin cərimələnməsini nəzərdə tutan layihə qəbul edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yarmarkaya gətirilən 30 ton bal yararsız çıxdı

Next Post

Sinaqoqun ətrafında aparılan söküntü ilə bağlı AÇIQLAMA

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Sinaqoqun ətrafında aparılan söküntü ilə bağlı AÇIQLAMA

Sinaqoqun ətrafında aparılan söküntü ilə bağlı AÇIQLAMA

Bakıda 100-ə yaxın avtobusda pulsuz “Wi-Fi” olacaq

Bakıda 100-ə yaxın avtobusda pulsuz "Wi-Fi" olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.