"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

DYP-dən valideynlərə müraciət

09 Sentyabr 2022 - 17:15
in HADİSƏ

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ili ilə bağlı valideynlərə müraciət edib.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Elchi.az xəbər verir ki, idarə rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev yeni tədris ilinin başlanması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artacağını, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının yaranacağını nəzərə alaraq, DYP tərəfindən aidiyyəti qurumlarla birgə qabaqlayıcı tədbirlərin həyata keçirildiyini deyib.

O bildirib ki, nəqliyyat sıxlığının ehtimal edildiyi ərazilərdə hərəkətin nizamlanması, vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında və rahat çatması üçün zəruri tədbirlər görülür, şəxsi heyət təlimatlandırılır:

“Lakin, əminliklə deyə bilərik ki, tıxacların qarşısının alınması və aradan qaldırılması üçün həyata keçirilən təşkilati-hüquqi tədbirlərlə yanaşı, sürücü və piyadaların bu sahədə aktiv iştirakçılığı cəlb edilməsi məsələnin həllinə əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biridir.

Hərəkət iştirakçıları arasında məsuliyyət hissinin gücləndirilməsi, onların şəxsi deyil, ictimai maraqları üstünlük verməsi, xüsusilə fərdi avtomobil sürücülərinin vəziyyəti anlayışla qarşılaması, başqaları üçün süni gərginlik yaratmaqdan çəkinməsi, yol hərəkəti, o cümlədən dayanma, durma və parklanma qaydalarına qeyri-şərtsiz əməl etməsi paytaxt ərazisində müşahidə olunan sıxlığın aradan qaldırılmasında mühüm rola malikdir.

Aparılan təhlillər göstərir ki, təhsil müəssisələrinin yerləşdiyi ərazidən keçən küçə və prospektlərdə sıxlığın, bəzi hallarda isə saatlarla davam edən tıxacların yaranmasının başlıca səbəbi məhz təhsil ocaqlarının ətrafında sürücülərin dayanma, durma və parklanma qaydalarını kobud şəkildə pozmasıdır.

Odur ki, övladlarını şəxsi nəqliyyat vasitəsilə məktəbə aparan valideynlərdən, ali və orta ixtisas təhsili müəssisələrində çalışan və təhsil alan şəxslərdən xahiş edirik ki, təhsil ocaqlarının ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Mövcud vəziyyəti, birgə maraqları nəzərə alaraq ictimai nəqliyyata üstünlük versinlər, şəxsi nəqliyyat vasitələrindən imtina etmək mümkün deyilsə, o halda dayanma, durma qaydalarına qeyri-şərtsiz riayət etsinlər.

Hər bir hərəkət iştirakçısı ətraf mühitə, əhval-ruhiyyəmizə, dəyərli vaxtımıza mənfi təsir göstərən tixacların qarşısının alınmasına töhfə verə bilər, sadəcə verilən tövsiyələrə əməl etmək, ictimai maraqlar naminə humanist və məsuliyyətli olmaq yetər”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Koronaya yoluxanların sayı azaldı

Next Post

Xarkovda qızğın döyüşlər: İzyum mühasirəyə alınır

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Xarkovda qızğın döyüşlər: İzyum mühasirəyə alınır

Xarkovda qızğın döyüşlər: İzyum mühasirəyə alınır

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verildi

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.