"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

DYP etibarnamə ilə bağlı məlumat yaydı

09 Aprel 2020 - 17:15
in CƏMİYYƏT

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddəti ilə bağlı tədbirlər barədə məlumat yayıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Məlumatda deyilir:

“Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddətinin bitməsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövrünə təsadüf etdiyi hallarda etibarnamə verilmiş şəxs nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması üçün həmin etibarnamənin müddətinin bitməsinə az vaxt qalarsa DİN Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytı və ya info@dyp.gov.az elektron poçtu vasitəsilə müraciət edərək satıcı qismində özü və alıcı qismində digər şəxs haqqında məlumatları (nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi, etibarnamənin nömrəsi, habelə alıcı və satıcının şəxsiyyət vəsiqələrinin seriya və nömrəsi) təqdim etməlidir.

Qəbul edilmiş müraciətlər əsasında müvafiq araşdırma aparıldıqdan sonra həmin şəxslərin (alıcı və satıcı) elektron poçt ünvanlarına qeydiyyat hərəkətlərində iştirak etmələri üçün xüsusi bildirşlər göndəriləcək.

Bildirişdə nəqliyyat vasitəsinin təqdim olunma tarixi və vaxtı, qeydiyyat hərəkətlərinin aparılacağı Baş DYP İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ünvanı bildiriləcək, qeydiyyat proseduru yekunlaşdıqdan sonra isə bildirişlərdə sənədləri qəbul etmiş vəzifəli şəxs tərəfindən müvafiq qeydlər (yeni qeydiyyat şəhadətnaməsinin verildiyi vaxt, şəxslərin gedəcəkləri ünvan) aparılmaqla həmin şəxslərə qaytarılacaq.

Bir daha qeyd olunur ki, göstərilən qaydada nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi yalnız nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddətinin bitməsinə az vaxt qaldığı hallarda mümkün olacaq.

Eyni zamanda nəqliyyat vasitələrindən istifadə edilməsinə dair etibarnamələrin qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar bildiririk ki, belə etibarnamələr Ədliyyə Nazirliyi tərəfindən yaradılmış “Mobil notariat” tətbiqi vasitəsilə həftənin 7 günü 24 saat ərzində evdən çıxmadan mobil telefon vasitəsilə verilə bilər. Bu barədə ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifələrində (www.facebook.com/mobilnotariat və www.instagram.com/mobil_notariat/) yerləşdirilib”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

Next Post

İşsizlərə birdəfəlik ödəmənin verilməsinə başlanıldı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
İşsizlər üçün birdəfəlik ödəmələrin kimlərə veriləcəyi açıqlandı

İşsizlərə birdəfəlik ödəmənin verilməsinə başlanıldı

Karantini pozduğuna görə cərimələnən sürücülərin sayı açıqlandı

Karantini pozduğuna görə cərimələnən sürücülərin sayı açıqlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.