"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

DYP mayoru Aslan İsmayılovu təhqir etdi

11 Mart 2016 - 20:15
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

aslanismayilov-enyeniBu gün tanınmış vəkil Aslan İsmayılovla Dövlət Yol Polisinin (DYP) əməkdaşları arasında ciddi insident baş verib.

Bu barədə A.İsmayılov özü məlumat verib. Vəkil bildirib ki, “Azneft” dairəsi yaxınlığında yol polisi onu saxlayıb, mayor rütbəli zabit və bir çavuş tərəfindən təhqirlərə məruz qalıb. Vəkil özünün “Facebook” səhifəsində bu barədə yazır:

“Bu gün avtomobili özüm idarə edirdim. Gün ərzində yol polisinin insanlarla kobud, qeyri-insani rəftarını dəfələrlə gödüm. Bir neçə dəfə müdaxilə etmək istəsəm də, sonra fikrimdən daşındım, sanki nə isə məni saxladı. Təxminən saat 16:00 radələrində Bibiheybət qəsəbəsindən AzNeft dairəsinə yaxınlaşanda yolu bağlayıb xeyli gözlətdilər. Yol açılandan sonra Prezident iqamətgahına tərəf hərəkət edərkən dairədə bir daha yolu bağladılar. Yenidən hərəkət başlayanda, maşınlar hərəkət etsə də yol polisi gözləmədiyim halda yenidən dayan işarəsi verdi. Özü də bu işarə, əl-qol atmaqla, çığırmaqla, sanki qatı cinayətkara verildi. Artıq arxada maşın dayandığından geri hərəkət edə bilməsəm də, yol polisi əl-qol hərəkətləri, çığırmağı ilə sanki düşmən üstünə şığıdı və maşını dairənin ortasında ‎10 YP 501‬ nömrəli polis maşının yanında saxlamağı əmr etdi. Hərəkəti davam etdirib deyilən yerdə saxladım. Kənarda dayanan mayorun dedikləri və çığırması məni dəhşətə gətirdi. Ona “qoçusanmı?” sorduqda dedi ki, “yox, mən lotuyam” və mənimlə həqiqətən də lotu kimi davrandı. Onun üstümə bağırmağını eşidənlər zənn edərdilər ki, başını kəsirlər. Yenidən üstümə şığıyıb çığıra-çığıra sənədləri təqdim etməyi tələb etdikdə, “bu cür davranan polisə sənəd təqdim etməyəcəm” dedim. Bir müddət mayorun bağırtısını seyr etdim. Bu məqamda təxminən 120 kilo çəkisi olan bir serjant da yaxınlaşıb məni təhqir etməyə başladı və sonda özünün ailəsinə yaraşan söyüşü edib getdi”.

A.İsmayılov yazır ki, təxminən 40 dəqiqə onu saxladaraq, “naryad” çağırıb məni bölməyə aparacaqlarını deyiblər. “Bu müddət ərzində dəfələrlə DYP-nin mətbuat xidmətinin rəhbəri, daim yol polisi işçilərinin mədəniyyətindən dəm vuran Kamran Əliyevə və digər yüksək çinli polis əməkdaşlarına zəng edib yerində hadisəni araşdırmalarını tələb etsəm də, gələn olmadı. Zəng etdiyim şəxslərin davranışından bu mayorun çox çəkiniləcək birisinin adamı olduğuna şübhəm qalmadı. Sonda dəfələrlə məni maşından çıxıb onlarla səmimi söhbətə dəvət etsələr də, çıxmadım. Bir saatdan sonra “rəhbərlik göstəriş verdi ki, ziyalı birisi olduğundan sürücünü xəbərdarlıq edib buraxın” dedilər.
Təxminən bir saat həmin dairədə minlərlə insanın gözü qarşısında təhqir olundum”.

Vəkil deyir ki, bu zaman gözünün önündə ‎DYP‬ maşınının üstünə çıxıb, çəkiclə onu sıradan çıxaran vətəndaş (Şahin Mail oğlu Bəylərov) canlanıb və əvvəllər onu qınadığı üçün peşimançılıq keçirib. “Əminəm ki, son dövrlər polisə qarşı olan zorakılıq hərəkətlərinin tez-tez təkrarlanması polisin özünün davranışı ilə bağlıdır və bu cür davam edərsə ağır nəticələrə gətirəcəyinə şübhə etmirəm. Ən azından bu davranışla, həmin mayorun iştirakı ilə ağır cinayətin baş verəcəyinə şübhə etmirəm, çünki onun davranışı ilə filmlərdə göstərilən ən qatı cinayətkarların hərəkəti arasında heç bir fərq yoxdur”.

Aslan İsmayılov daha sonra ona qarşı kobudluq etmiş DYP mayorunun kimliyindən yazır: “Bu dəqiqələrdə aldığım məlumatlara görə, həmin polis mayorunun adı Mübariz İsmayılovdur. Xidməti DYP maşınının nömrəsinə uyğun ‪‎10 YY 501‬ nömrə nişanlı ağ rəngli Mercedes G63 AMG idarə edir və xüsusi azğınlığı ilə şəhərdə ad çıxarıb. Əslən Nehrəmlidir, güləşçi olub, tərcümeyi-halını yazmağa qadir deyil. Elə buna görə də 2011-ci ildə digər hüquq-mühafizə orqanları təfərindən həbs də olunub və qısa zamanda azad edilib. Maşını isə uzun müddət cərimə dayanacağında olub. Şübhəm yoxdur ki, onun arxasında ölkədə güc sahibi olan birisi dayanır”.

Vəkil sonda bildirib ki, sabah Baş Prokuror Zakir Qaralova və DİN başçısı Ramil Usubova Mübariz İsmayılov haqqında tədbir görülməsi üçün rəsmi ƏRİZƏ ilə də müraciət edəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Su-24-ün pilotunu öldürən türk ələ keçirildi?…

Next Post

Vəkilə “0” manat cərimə gəldi – DYP-dən açıqlama – FOTO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Vəkilə "0" manat cərimə gəldi - DYP-dən açıqlama – FOTO

Bakıda yük maşınlarına qoyulan məhdudiyyətin vaxtı dəyişdirildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.