ABŞ-ın Oksford Universitetinin alimləri ölümcül Ebola virusuna qarşı yeni eksperimental vaksinin sınaqlarına başlayıblar. Musavat.com-un məlumatına görə, bu barədə “Associated Presse” xəbər yayıb.Sınaqlarda 18-50 yaş arası 72 könüllü iştirak edir. “Johnson and Johnson” firmasının əczaçılıq qurumu tərəfindən hazırlanan vaksinin meymunlar üzərində testi uğurlu nəticə verib və virusdan tam qoruduğunu ortaya çıxarıb.
Oksforddakı könüllülər vaksin vurulan ilk insanlar olacaq. 1-2 aydan sonra onlara vaksinin əlavə dozası yeridilicək. Analoji sınaqlar ABŞ-da və Ebolanın gəlib çatmadığı üç Afrika ölkəsində həyata keçiriləcək.
İlk doza immun sistemini hazırlamalı, ikinci inyeksiya isə immun cavabını gücləndirməlidir.



