Rəsmi nümayəndə heyəti Efiopiyada üsyançılarla münaqişə bitdikdən sonra ilk dəfə Tiqrayın paytaxtı Mekeleyə səfər edib.
Elchi.az bu barədə Trthaber.com.tr-yə istinadən məlumat verir.
Efiopiya hökumətindən verilən açıqlamaya görə, aralarında Efiopiya Xalq Nümayəndələri Məclisinin sədri Tagesse Çafo da daxil olmaqla yüksək səviyyəli bir heyət sülh razılaşması ilə bağlı məsələləri müzakirə etmək üçün bu gün Tiqrayın paytaxtı Mekeleyə yola düşüb.
Bu, 2020-ci ilin noyabrında başlayan və 2022-ci ilin noyabrında sona çatan münaqişədən sonra Efiopiya hökumətinin nümayəndə heyətinin Tiqraya ilk səfəri olacaq.
Yeganə






