
Ötən gün Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində maraqlı hadisələr baş verib.
GoldNews.az xəbər verir ki, sosial şəbəkədə tanış olduğu qız Orxan adlı oğlanın başına problem açıb. Belə ki, artıq bir neçə aydır itkin düşən Çinarə olayında hərkəsi çaş-baş salan gənc qız mərcə girdiyi üçün verilişə qatılıb və Çinarənin iki gün onun evində qaldığını söyləyib. Bu oyunun qurbanı isə qızın bir neçə gün sosial şəbəkədə tanış olduğu Orxan adlı şəxs olub. Belə ki, gənc qız Orxandan verilişin axtarış komandasına Çinarənin həqiqətən onun evində qaldığına inandırmaq üçün ona belə bir mesaj göndərməsini xahiş edib:
“Mən Çinərinin nişanlısıyam. Çinarə hazırda mənimlədir”.
Üzünün göstərilməsini istəməyən qız Orxana bu mesajı ona göndərməsini xahiş edən zaman isə qardaşına oğlanla görüşmədiyini isbat etmək məqsədi daşıdığını bildirib.
Lakin qız dəfələrlə verilişdə Orxanla görüşmədiyini, yalnız sosial şəbəkədə yazışdığını bildirib. Bundan sonra aparıcı Xoşqədəm Hidayətqızı onların yazışmalarının verilişdə göstərilməsini tələb edib.
Beləliklə, Orxan özü də bilmədən bir cinayətin iştirakçısına çevrilib. Hazırda polis faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, gənc qız yaxın dostu ilə mərcə girərək, verilişin saxta olduğunu sübut etmək qərarına gəliblər. Nəticədə iş polis şöbəsində bitib. Belə ki, sentyabrdan itkin düşən Çinarənin yeri barədə verilişə yalandan məlumat verən qızın iç üzü açılıb. O, ötən ay verilişə gəlib, qadının onun evində iki gecə qaldığını bildirərək, hər kəsi çaş-baş salıb. Məsələyə polisin qarışmasından sonra gənc qız əslində dostu ilə mərcə girdiyini və bu verilişin saxta olduğunu sübut etmək istədiyini bildirib. Lakin ekspertlər onun yenə yalan danışdığını və cinayəti gizlətmək məqsədi ilə bunu etdiyini bildiriblər.
Qeyd edək ki, Çinarə Sentyabr ayında Lənkəranda, qayınanasının evində döyüldükdən sonra yoxa çıxıb. Onun qayınanası tərəfindən öldürüldüyü iddia olunur.





