"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ekspert: “Məktəb idarəçiliyinin dəyişməsi təhsilin keyfiyyətli olmasına imkan verir”

23 Avqust 2022 - 21:37
in TƏHSİL

“2019 -cu ildə İqtisadiyyat üzrə Nobel mükafatına Massaçuset Texnologiya İnstitutunun professorları Abidjuti Benerji, Ester Dyufo və Harvard Universitetinin professoru Maykl Kremer layiq görüldülər. Onların təhsil sahəsindəki eksperimentləri mənə maraqlı gəldi”.

Bunu da oxuyun

Bakı məktəbindən nümunəvi addım

DİM imtahanlarla bağlı məlumat yaydı

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Elchi.az xəbər verir ki, bu sözləri təhsil eksperti, deputat Etibar Əliyev Feysbuk hesabında yazıb:

“Kremer ötən əsrin 90-cı illərindən etibarən aydınlaşdırmaq istəyirdi ki, təhsildə hansı tələb və təkliflərin bağlı olduğu faktorlar keyfiyyətin artırılması üçün daha əhəmiyyətlidir: Dərsliklər formasında əlavə resurslar, məktəb lövhələrini əvəz edən flipçartlar, bağırsaq qurdlarına qarşı mübarizə proqramının köməyi vasitəsilə uşaqların sağlamlığının qorunması, uşaqların məktəbdə yeməklə təminatı, şagirdlərin standart testlərdəki nəticələrinə bağlı müəllimlərə material stimulların təqdim olunması kimi məsələlər öyrənildi. Bu tədqiqatların nəticələri yanaşmaların hansının işləməsini, hansının işləməməsinə yenidən baxmaq imkanları yaratdı. Aşkar olundu ki, əlavə resursların təqdim olunması məhdud effekt verir. Flipçartların uşaqların təhsil nəticələrinin yaxşılaşdırılmasına heç bir təsiri yoxdur, dərsliklər isə ən güclü şagirdlərin nəticələrini yaxşılaşdırıb. Müəllimlərə material stimulların təqdim edilməsi isə şagirdlərin yerinə yetirdikəri test tapşırıqlarının nəticələrini yaxşılaşdırdı, lakin digər təhsil nəticələrinə heç bir təsir göstərmədi.
Nobel mükafatçılarının birgə eksperimentləri göstərdi ki, ənənəvi olaraq təhsilin keyfiyyətinə təsir edən amillərdən biri sayılan müəllim və şagird nisbətinin sadə şəkildə azaldılmasının da gözlənilən keyfiyyətə təsiri yoxdur. Qaldı şagirdlərin bilik səviyyələrinə uyğun patoklara bölünməsi. Nəzəri cəhətdən bu yanaşma birmənalı qarşılanmamalı idi. Lakin eksperimentlər tamam başqa nəticələri ortaya çıxardı. Uşaqların potoklara bölünməsi onların əvvəlki bilik səviyyələrindən asılı olmayaraq demək olar ki, hamısının təhsil nəticələrinin yaxşılaşmasına gətirdi.
Digər nəticə: Məktəb idarəçiliyinin dəyişməsi təhsilin keyfiyyətinin əsaslı şəkildə yaxşılaşmasına imkan verir. Təhsilin keyfiyyətini izləmək səlahiyyəti, müəllimlərin zəruri stimullarını aşkara çıxarıb təqdim edə bilən mühüm səlahiyyətlər valideyn komitələrinə verildikdə keyfiyyət dəyişikliyi yarana bilər.
Nobelçilərin meta-analizinin nəticələri göstərir ki, əsasən iki tip intervensiyanın təsiri qaçılmazdır: Öyrətmə prosesində şagirdlərin bilik səviyyəsinə köklənən pedaqoji yanaşmanın dəyişməsi, müəllimlərin düzgün stimullaşdırılmasının təqdim olunması və onların hesabatlılığının artırılması.
Nobelçilərin tədqiqatları və gəlinən nəticələr demək olar ki, əksər ölkələr üçün eynidir. İş burasındadır ki, təhsil idarəçilərinin özləri təhsilə bağlı adamlar olmadıqda bir problem başqa problemlərə yol açır”.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan Fələstini əmin etdi: İsraillə əlaqələr…

Next Post

Zelenski Duqinanın öldürülməsindən DANIŞDI

Bənzər yazılar

Bakı məktəbindən nümunəvi addım

Bakı məktəbindən nümunəvi addım

02 May 2024 - 18:17

30 aprel tarixində "Cığır" MDİD ictimai birliyi dövlətçilik siyasətinə və ənənələrinə sadiq qalaraq cəmiyyətdə müsbət sosial təsir yaratmağa hədəflənmiş növbəti...

DİM imtahanlarla bağlı məlumat yaydı

DİM imtahanlarla bağlı məlumat yaydı

02 May 2024 - 15:30

Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. DİM-dən  Elchi.az-a bildirilib ki, imtahanlar...

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

22 Aprel 2024 - 19:31

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start veriləcək. Elchi.az xəbər verir ki, bu...

Birinci sinfə qəbul prosesi başlayır – Tarix

Birinci sinfə qəbul prosesi başlayır – Tarix

18 Aprel 2024 - 13:21

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Elchi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Next Post
Zelenski Duqinanın öldürülməsindən DANIŞDI

Zelenski Duqinanın öldürülməsindən DANIŞDI

Ərdoğandan Putini qəzəbləndirəcək MESAJ

Ərdoğandan Putini qəzəbləndirəcək MESAJ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.