"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ekspert: “Şagirdlərin az bal toplamasının səbəbkarlarından biri özümüzük…”

24 Avqust 2022 - 19:18
in TƏHSİL

“31 893 nəfər abituriyentin 0-150 arası bal toplaması ətrafında ajiotaj yaratmağa və bunu savadsızlığın kütləviləşməsi kimi dəyərləndirməyə hər hansı bir lüzum görmürəm…”.

Bunu da oxuyun

Bakı məktəbindən nümunəvi addım

DİM imtahanlarla bağlı məlumat yaydı

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Elchi.az-ın məlumatına görə, bu fikirləri təhsil üzrə ekspert Nadir İsrafilov Feysbuk hesabında bildirib.

Ekspertin fikrincə, baxmayaraq ki, bu rəsmi statistika o qədər də ürək açan deyil, bununla belə reallıqdır və bu reallıqla hesablaşmalı və lazımi nəticə çıxarmalıyıq. Çünki belə vəziyyətin yaranmasının əsas səbəkarlarından biri də elə biz özümüzük:

“Bir ara sıçrayış edib irəliyə gedərkən, arxaya baxmağı unutmuşuq. Bütün diqqətimiz “600-700 ballıqlar” üzəridə olub. Nəticə də ondan ibarət olub ki, 0-150 arası bal toplayanlar uzun müddət kölgədə qalıb. Bir vacib məqamı unutmuşuq ki, topladığı baldan asılı olmayaraq bütün yeniyetmə və gənclər öz övladlarımızdır, bizim yetirmələrimizdir, bu günümüzün gələcəyimizin davamçılarıdır, döğma vətənimizin keşikçiləridir.
Biz nə etdik və etməkdə davam edirik… Nazirin də son brifinqdə etiraf etdiyi kimi “Bəzi hallarda məktəb direktorları təhsil müəssisəsinin keyfiyyətini süni şəkildə artırmaq üçün aşağı nəticə göstərən şagirdləri uzaqlaşdırırdılar”. Mən isə əlavə edərdim ki, “bəzi hallarda” yox, əksər hallarda. Nə qədər ki, keyfiyyətin süni şəkildə artırmaq tendensiyasına son qoyulmayacaq, bu kimi halların çoxalması da bir o qədər qaçılmaz olacaq”.

N.İsrafilov qeyd edib ki, təkcə bu il deyil, bütün dövrlərdə “pis” və “kafi” oxuyanlar “yaxşı” və “əla” oxuyanlara nisbətdə üstünlük təşkil ediblər:

“Yaşlı və orta nəslin nümayəndələri xatırlamamış deyillər ki, elə 70 illik sovet dönəmində də hər sinifdə 25-30 şagird arasında “əlaçı” adlandırdığımız 2-3 nəfər “5” qiymətlə oxuyan və “zərbəçi” dediyimiz 4-5 nəfər “4” və “5” qiymətlərlə oxuyan şagird olardı. Yerdə qalan çoxluq isə əsasən “3” qiymətlə sinifdən-sinfə keçənlər və təkrar sinifdə qalan “ikiilliklər” və hətta “üçilliklər” olardı. Sadəcə, o vaxtlar bu kimi statistikalar qabardılmırdı və bu kimi məsələlərin üzərinə bu dərəcədə süngü-qalxanla gedilmirdi.
Gəlin təhsilimizə baxışımızı, yanaşma tərzimizi bir qədər də olsa mülayimləşdirək. Müsbətli-mənfili, yaxsılı-pisli bu, bizim təhsilimizdir. Təhsilin keyfiyyətinə toplanmış balların cəminə görə qiymət verməyək. Bal nisbi göstəricidir. Bu il aşağı olar, növbəti il yuxarı, necə ki, illərdən bəri belə olur. Vətənini, xalqını sevən, dövlətçiliyimizə sadiq olan vətənpərvərlər yetişdirmək barədə düşünək…”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kəmaləddin Heydərov generala yüksək vəzifə verdi

Next Post

Prezident: Biz təkcə strateji tərəfdaş deyil, həm də müttəfiqik

Bənzər yazılar

Bakı məktəbindən nümunəvi addım

Bakı məktəbindən nümunəvi addım

02 May 2024 - 18:17

30 aprel tarixində "Cığır" MDİD ictimai birliyi dövlətçilik siyasətinə və ənənələrinə sadiq qalaraq cəmiyyətdə müsbət sosial təsir yaratmağa hədəflənmiş növbəti...

DİM imtahanlarla bağlı məlumat yaydı

DİM imtahanlarla bağlı məlumat yaydı

02 May 2024 - 15:30

Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. DİM-dən  Elchi.az-a bildirilib ki, imtahanlar...

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

22 Aprel 2024 - 19:31

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start veriləcək. Elchi.az xəbər verir ki, bu...

Birinci sinfə qəbul prosesi başlayır – Tarix

Birinci sinfə qəbul prosesi başlayır – Tarix

18 Aprel 2024 - 13:21

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Elchi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Next Post
Prezident: Biz təkcə strateji tərəfdaş deyil, həm də müttəfiqik

Prezident: Biz təkcə strateji tərəfdaş deyil, həm də müttəfiqik

Qarabağın və Şərqi Zəngəzurun necə dirçəldildiyini görürük – Tokayev

Qarabağın və Şərqi Zəngəzurun necə dirçəldildiyini görürük - Tokayev

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.