"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ekspert: “Türkiyənin hərbi təcrübəsindən öyrənməli olduğumuz çox şeylər var”

12 Fevral 2015 - 15:57
in MANŞET

“Unutmaq olmaz ki, tarixi reallıqların bir sıra avropa və qərb dövlətləri, xüsusilə 610x380xtank.jpg.pagespeed.ic.DLaao2DGzHErmənistan tərəfindən kobudcasına təhrif edilməsi də adı çəkilən hər iki dövləti bir-birinə doğru addımlamağa vadar edir”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“İstər Türkiyə, istərsə də dünyanın digər böyük dövlətlərilə ilə imzalanan hərbi saziş və memorandumlar qısa zaman kəsiyində ordumuzun təkamül prosesini maksimumumadək gücləndirib. Yəni, ordumuzun beynəlxalq əlaqələr istiqamətində daha da genişlənən coğrafiyası bu gün və gələcəkdə əldə olunacaq uğurların əsas bazası rolunu oynayır. Əlaqələrin genişləndirilməsi dünya miqyasında istər Azərbaycan xalqının və dövlətinin özünüifadəsinə, istərsə də Silahlı Qüvvələrimizin təkamülünə strateji töhfələr verməklə yanaşı, hökumətin də siyasi arenaya daha aydın və konkret notlar üzərində qurulan çıxışına zəmin yaradır”.

Bu sözləri Ölkə.az-a danışan hərbi ekspert İbrahim Rüstəmli müdafiə naziri Zakir Həsənov Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritə Baş Komandanını qəbul etməsini şərh edərkən deyib.

“Azərbaycanda Silahlı Qüvvələr quruculuğunun əsas taktiki-strateji elementləri sırasında beynəlxalq əlaqələrə xüsusi önəm verilir və bu, bütün direktiv sənədlərdə öz əksini tapır. Müasir dünya təcrübəsinin öyrənilməsi və qarşılıqlı əlaqələr xidmətə yaradıcı münasibəti stimullaşdıran, inkişaf perspektivlərini müəyyənləşdirən həlledici amillərdir.
Bu sırada qardaş Türkiyə Cümhuriyyətinin özünəməxsus yeri və rolu danılmazdır. Əlbəttə, dil və din yaxınlığı hərbi əlaqələrin etibarlı özüllər üzərində qurulmasına ciddi təkan verir. Ancaq unutmaq olmaz ki, tarixi reallıqların bir sıra avropa və qərb dövlətləri, xüsusilə Ermənistan tərəfindən kobudcasına təhrif edilməsi də adı çəkilən hər iki dövləti bir-birinə doğru addımlamağa vadar edir. O üzdən Azərbaycan, artıq uzun müddətdir dünya birliyinin saxta dəlillərə söykənmiş siyasi təpkisinə qarşı mabarizə aparan Türkiyə Cümhuriyyətinin təcrübəsindən bəhrələnməyə üstünlük verir.

Ordu Quruculuğu sahəsində də vəziyyət o qədər fərqli deyil. Düzdür, Azərbaycan müvafiq yöndə bir sıra məqamlarda Türkiyəni öz inkişaf tempinə görə hətta arxada qoyur, amma bu ölkənin hərbi təcrübəsindən öyrənməli çox şeylər var. Yəni, təcrübə mübadiləsi indiki məqamda ordumuzun mənəvi maraqları çərçivəsindədir və bu, daim yüksək templə inkişaf etdirilir. Nəticə isə göz qabağındadır”.

Qeyd edək ki, fevralın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Xəritə Baş Komandanı general-leytenant Burhanettin Aktının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi müzakirə edilib.

Fatimə İbrahimova,
Ölkə.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

PKK-çılar pul daşıyan maşını qarət etdi

Next Post

Parisdə terror törədən qadın danışdı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Parisdə terror törədən qadın danışdı

Əli Həsənov ABŞ-la əlaqədən danışdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.