“Bir neçə gün əvvəl keçirilən ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma test imtahanı mərhələsindəki bəzi tapşırıqların testoloji statistikası.
Bunlar suallar və onlara müəllimlərin verdiyi cavablar. İndi gələk qısa imtahanın elmi təhlilinə:
İmtahanlar kompüter qarşısında olub. Bu o deməkdir ki, yaşı çox olan müəllimlər monitorda tam rahat şəkildə sualları oxumaq, cavab variantlarda olan hərfləri seçməkdə çətinlik çəkə bilər”.
Elchi.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov FB hesabında bildirib:
“Əgər imtahan kağız üzərində olsa idi, nəticələr daha yaxşı ola bilərdi. Çünki bu zaman sözləri kağız üzərində yazıb, doğru variantları nəzərdən keçirmək olardı.
Necə olur, regionlarda direktorları kağız üzərində keçirə bilirsiniz, amma 60 yaşlı müəllimləri kompüter ilə imtahan edirsiniz?
Testologiya vərdişlərinə yiyələnməyən imtahan keçirənlər imtahanda ölçmə alətləri ümumiyyətlə tipinə, iş prinsipinə və metroloji təyinatına görə qruplaşma aparmalı idilər. Yəni eyni model testlərdən çox sayda istifadə etmək, məqsədi şəkildə aşağı nəticədə maraqlı olduqlarını göstərir.
Çünki bundan əvvəl sınaq imtahanı olub, müəllimlərin hansı model suallarda çətinlik çəkdiyi məlum olub.
Biliyin qiymətləndirməsinin məqsədi və hədəfləri olmalıdır.
Bu suallar hansı bilik və bacarıqları yoxlayır? Bu suallar hansı hədəf üçündür?
Müəllimlər daima inkişaf edən ,keyfiyyətcə dəyişən uşaqlarla işləməli olurlar. Bu model test tapşırığı, yəni imtahan prosesinin stresi altında müəllimlərin hansısa hərfi seçməmələri onların peşəkar müəllim olmadığına dəlalət etməməlidir.
Qiymətləndirmə zamanı yalnız informasiyanın mənimsənilməsi deyil, həm də vətəndaş mövqeyi və cəmiyyətin həyatında fəal iştirak üçün zəruri olan bilik,bacarıq və münasibətlərin əldə edilməsi,demokratik cəmiyyətin dəyərlərinin formalaşdırılması məsələləri əsas götürülməlidir.
Soruşuram ki, burada hansı dəyərlərin və biliyin ölçüsü var?
Biliklər qiymətləndirilərkən dərsin məzmumu,əsas faktların və anlayışların ,səbəb-nəticə əlaqələrinin,nəticə və ümumiləşdirmələrin mənimsənilməsi yoxlanılır.
Bu test tapşırığı nümunələri hansı kompensasiyaları ölçür?
Bəs siz əzbərçi təhsildən təfəkkür təhsilinə keçid etmişdiniz?
Qiymətləndirmə zamanı Elm və Təhsil Nazirliyi müəllimlər arasında ayrı-seçkilik salır. Bu müəllimlərə psixoloji cəhətdən mənfi təsir edir. Qiymətləndirmə zamanı Elm və Təhsil nazirliyi diqqətli olmalıdır.
Təssüflər olsun ki, hazırda bu qurum müəllimlərin nüfuzun aşağı düşməsində maraqlı olduğunu göstərir.
Müasir dərslərdə artıq yeni qiymətləndirmə metodları tətbiq olunur. Bəs bu suallar hansı müasir standartlara cavab verir?
Qeyd: Bəs uzun müddətdir ki, müəllimlərin keyfiyyətin yüksəldilməsi, peşəkar səviyyələrinin artırılması üçün qrant layihələrini ayırırsınız, onları xarici ölkələrə aparırsınız, yerlərdə təlimlər keçirirsiniz dövlətin pulunu talayaraq”.
Şayəstə




