"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ekspertdən sensasion Avtovağzal açıqlaması: “Həmin ərazidən yeraltı çaylar axır”

28 Oktyabr 2015 - 22:55
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Vaxtilə “Nəriman Nərimanov”  metrostansiyası inşa olunanda da qurunt suları sızaraq metroya dolmuşdu. Bundan əlavə “Çerment” qəsəbəsi də su altında qalmışdı”

Bakı Beynəlxalq Avtovağzal Kompleksində sürüşmə nəticəsində yaranan çatlar sürücüləri qorxuya salıb. Nəqliyyatın intensiv hərəkət etdiyi Bakı-Sumqayıt yolunda çatların üzəri asfalt örtüyü ilə yenilənsə də, sürücülər körpünün çökəcəyindən ehtiyat edirlər. Son günlər hava şəraitinin yağıntılı keçməsi təhlükəni bir az da artırır. Aparılan təmir-bərpa işlərinə baxmayaraq, ekspertlər bu problemin əsaslı şəkildə öz həllini tapmadığını deyirlər.

Avtosfer.az xəbər verir ki, bu barədə Ekpert Vaqif Behbudoğlu musavat.com-a açıqlamasında Avtovağzal yolundakı sürüşmənin və çökmənin səbəbləri ilə bağlı ilginc məlumatlar verib. Ekspert Böyük Şor gölünün bir qolunun həmin istiqamətdən yeraltı sızmalarla Xocasən gölünə töküldüyünü bildirib: “Avtovağzalda yeraltı sular axır. Böyük Şor gölündən Xocəsən gölünə yeraltı axıntı var. Bu səbəbdən də körpüdə çökmə və sürüşmə nəticəsində çatlar yaranıb. Bütün bunlar inşaya başlamazdan əvvəl nəzərə alınmalı idi. Və ya körpü salınarkən xüsusi dəmir konstruksiyalardan istifadə etmək lazım idi. Körpü adi qaydada inşa olunduğu üçün vəziyyət bu həddə çatıb. Bu problemin həlli üçün kifayət qədər vəsait tələb olunur. Yeraltı çaylar və nəqliyyatın hərəkətindən yaranan sürüşmə bu yolu təhlükə mənbəyinə çevirir. Əvvəllər Böyük Şor gölü müəyyən qədər dolduruldu, lakin yeraltı axıntılar yol taparaq həmin ərazilərə sızıb. Göldə suyun səviyyəsi yüksək olduğu üçün vaxtilə “Nəriman Nərimanov”  metrostansiyası inşa olunanda da qurunt suları sızaraq metroya dolmuşdu. Bundan əlavə “Çerment” qəsəbəsi də su altında qalmışdı. Bütün bunlar yeraltı qurunt sularının sızması nəticəsində baş vermişdi. Tədbir görüldükdən sonra suyun qarşısı alınmışdı”.

Təpələrin sulanması nəticəsində çatların yaranması fikrinə gəlincə, ekspert bunun mümkünsüz olduğunu dedi: “Yaşıllığı sulamaqla çöküntü ola bilməz. Bu, absurdur. Sular o qədər də dərinliyə sıza bilməz. Bu, yalnız yeraltı sızma nəticəsində baş verə bilər. Həmin ərazidə illərdir ki, çökmə prosesi gedir. Nəqliyyat arteriyası var və şosse yolları daimi 2 ballıq zəlzələ yaradır və çökmə riskini artırır. Bundan əlavə yeraltı qurunt sularının sızması bu prosesi daha da gücləndirir. Yol salınmadan öncə 20-25 metrliyində dəmir konsrtuksiya vurulmalı və onun üzərində inşa olunmalı idi. Görünür ki, tikinti aparılan zaman dəqiq planlama işləri olmayıb. Sanki piramida kimi inşa etdiriblər, 30 metrlik hüdürlükdə beton sütunlar qaldırıb, üzərində körpü inşa ediblər. Lakin əsas magistral yol olduğunu nəzərə almayıblar. Bakı-Sumqayıt istiqamətində hər gün ağırtonnajlı yük maşınları hərəkət edir. Axı beton divarlar bu ağırlığa davam gətirməz”.

Ekspert Beynəlxalq Bakı Avtovağzal Kompleksinin də, bu gün təhlükə qarşısında olduğunu dedi: “Bunun qarşısı alınmasa, günü-gündən yeraltı sular sızaraq, körpünü tamamilə çökdürüb, faciəyə səbəb ola bilər. Təhlükəni önləmək üçün dərhal körpünün kənarlarından dəmir betonlarla divarlar tikərək, yan tərəflərə genişlənmənin qarşısı alınlamılıdır. Yan tərəflərdə çökmə olduğu üçün divarlar tədricən hər iki tərəfdən açılacaqdır. Burada əsas məsuliyyət konstruktorun üzərinə düşür. Geologiyadan anlayışı olan memar bu tərzdə inşaat işi aparmaz. Düzgün ölçü aparmalı idi ki, bu cür hadisələr baş verməsin. Nəqliyyatın intensiv hərəkət etdiyi körpünü saxlamaq üçün 1 metr dəmir divar qoymaqla işi yekunlaşdırmaq olmaz. 100 min tonlarla ağırlığı iki divarın üstündə saxlamaq mümkünsüzdür. Burada çarpazlanma üsulu ilə divarlar bir-birinə bağlanmalı idi. Ən lazımlı proses budur və yəqin ki, bu da nəzərə alınmayıb. Bu gün də bərpa işləri aparıldığını deyirlər. Bu problemin əsaslı şəkildə həllinə çalışılmalıdır. Çatların üzərini bağlamaqla, bu iş bitmiş hesab etmək olmaz. Nəqliyyatın intensiv hərəkəti və xüsusən də, ağırtonnajlı yük maşınlarının körpüdə 2.2 bal zəlzələ yaratması çökmə və sürüşməni daha da aktivləşdirir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gədəbəyli sahibkarlar “od püskürdülər” – VIDEO

Next Post

BAXCP sədri rusiyalı jurnalistlərtlə görüşüb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

BAXCP sədri rusiyalı jurnalistlərtlə görüşüb

Bacısı oğulları bank rəhbərinin evini yardı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.