"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ekspertdən SOS: “Belə yanaşma olduqca qüsurludur”

08 Sentyabr 2022 - 16:10
in SOSİAL

“Ötən gün 50 000 İT mütəxəssisin qısa bir dövr ərzində Rusiyadan Ermənistana köç etdiyi haqda yazmışdım.
Bu məsələ geniş rezonans doğurdu.
Mən bu rəqəmləri Ermənistanın İqtisadiyyat nazirinin çıxışından götürmüşdüm.
Amma dünən bu ölkənin baş naziri Paşinyan da Rusiya prezidentinin iştirakı ilə keçirilən bir tədbirdə bu haqda danışıb.
Qərar qəbul edənlərimizin diqqətinə bir daha çatdırıram ki, bu, ciddi, çox ciddi bir məsələdir”.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Elchi.az-ın məlumatına görə, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə ekspert Osman Gnüdüz FB hesabında bildirib:

“Baxıram ki bəzi media qurumları baş verənləri və onun nəticələrini təhlil etmək əvəzinə kimlərisə tutub danışdıraraq bu məsələni bəsitləşdirməyə, biznes mühitlə bağlı ucuz və pafoslu çıxışlara yer veriblər, Rusiyada vəziyyətin yaxşılaşacağı ilə bu məsələyə son qoyulacağına diqqət çəkiblər.
Düşünürəm ki, bu tip yanaşma olduqca qüsurludur.
Burada söhbət düşmən ölkə olan Ermənistana diqqət yetirməkdən və ya aşağılamaqdan, Ermənistanın və Azərbaycanın biznes mühitinə qiymət verməkdən getmir.
Məsələ tamamilə başqadır.
Düşmən ölkə uzun illər boyu əldə etməyi yalnız arzulaya biləcəyi, heç xəyalına belə gətirməyəcəyi bir strateji resursu bir anda əldə edib.
Qısa zamanda 50 minlik yüksək ixsaslı İT mütəxəssis ordusu əldə edib. Bir anda hazır İT şirkətlər, sahibkarlar qazanıblar.
Şübhə etmirəm ki, onlar bu insan reasurslarından yetərincə bəhrələnməyə , dərhal regionda və qlobalda üstünlük qazanmağa çalışacaqlar.
Onların elə əvvəldən də dünya bazarına çıxan milyardlıq bir-iki resursları, diasporadan milyonlarla investisiya alan çoxsaylı startapları vardı.
İndi biz nə etməliyik ?
Gözləməliyik ki, düşmən ölkə qısa bir zamanda dövlət büdcələrini kəskin artırsınlar, çevik və effektiv rəqəmsal sahibkarlıq infrastrukturu qursunlar , özlərinin nəhəng kadr korpusunu hazırlasınlar, milyardlar gətirən rəqəmsal startaplar yaratsınlar ?
Düşünürəm ki, hökumətimiz, qərar qəbul edənlər baş verənlərə ciddi yanaşmalıdır. Ciddi təhlillər, proqnozlaşdırmalar edilməlidir.
Bir daha vurğulamaq istərdim ki, bu 50 000 İT mütəxəssisin Özbəkistana və ya Türkiyəyə getməsi bizim üçün bir ekonomik inkişaf , rəqabət məsələsi ola bilərdi.
Amma bu qədər mütəxəssis ordusunun, sahibkarlar və şirkətlərin qısa zaman kəsiyində düşmən ölkəyə cəmləşməsi , düşünürəm ki , bizim üçün milli təhlükəsizlik məsələsidir.
Nə bilim. Bəlkə də bu məsələnin üzərinə çox gedirəm.
Amma əminəm ki, onlar bu resurslardan, əllərinə düşən bu imkandan istifadə edib bizə, türk dünyasına ancaq problem yaradacaqlar.
Düşünürəm ki, ölkəmizdə rəqəmsal sektorun inkişafı üçün, İT biznesin və İT təhsilin inkişafı üçün, İT eksportun gücləndirilməsi üçün münbit şərait daha da inkişaf etdirilməlidir. Cəlbedici vergi güzəştləri tətbiq edilməlidir.
Bu sahədə bütün maraqlı tərəflər, dövlət, biznes və vətəndaş cəmiyyəti bir araya gəlib köklü dəyişikliklərə start vermək lazımdır”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

TƏBİB-ə icraçı direktor təyin edildi

Next Post

Laçın və Kəlbəcərdə daha 74 mina aşkarlandı

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Laçın və Kəlbəcərdə daha 74 mina aşkarlandı

Laçın və Kəlbəcərdə daha 74 mina aşkarlandı

Azərbaycanda bu kəndlər qazsız qalıb – Rəsmi

Sabah bu rayonda qaz olmayacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.