"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elçibəy və Ayaz – Aygün Muradxanlının yazısı

12 Dekabr 2015 - 09:03
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Elçibəy və Ayaz – Aygün Muradxanlının yazısı
 
“Elçibəy hər zaman bu torpaqlarda yaşayanların xatirəsində “Bəy”, Mütəllibov “Ayaz” kimi qalacaq”… 
Əslində bu iki ad arasında “və” yazandan sonra qələmin  bağlayıcıdan üzr istəməsi durumu yaranır. Azərbaycanı azad, demokratik, sivil dövlət kimi görmək istəyən, bunun üçün uzun illər ardıcıl mücadilə verən şəxsiyyətlə ölkənin müstəmləkədə qalması üçün var gücü ilə vuruşan adam arasında hansı müqayisəni aparmaq olar ki?
Onların siyasi portreti bir-birinə zidd məqamlarla zəngindir. Azərbaycana baxmalı olduğumuz yerdən – Bakıdan baxsaq, Mütəllibov 1990-cı ilin 20 Yanvar qətliamına görə məsuliyyət daşıyan birinci şəxsdir. Qulluq elədiyi imperiyanın qoşunlarını öz (demək mümkünsə…) xalqının üzərinə çağıran, Kremlin müstəmləkə siyasətini bitirməyə çalışan milli-azadlıq hərəkatını yox sayaraq Azərbaycanın Sovetlər Birliyinin tərkibində qalması üçün 1991-ci il martın 17-də saxta referendum keçirən, ermənilərin separatçı hərəkətlərinin qarşısını almaq yerinə vətəndaşları tam müdafiəsiz qoyan, Qarabağın əsl sahiblərindən ov tüfənglərin belə rəsmi sərəncamla yığdıran, azərbaycanlı əhalini silahsızlaşdırmaqla Şuşanın, Laçının işğalına, digər ərazilərin işğal təhlükəsi altında düşməsinə, Xocalı boyda insanlıq dramına yol açan, başı Kremlin qoltuğundan yenicə qurtarmış Ayaz Mütəllibovdur. Cızdığımız Mütəllibovun Azərbaycan toplumundakı genəl obrazıdır.
Ölkəyə onu 200 illik əsarətdə saxlayan, xalqa milli kimliyini unutduran, aydınlarını repressiya edib müti duruma salan, dinindən qoparan, sərvətini talayan Rusiya imperiyasından baxanda isə Mütəllibov tam başqa obrazda görünə bilər. İndiki kommunistlər inciməsəydi, onun adını son kommunist başmücahidi qoyardıq. Hər halda, rəsmən belə olub…
Mütəllibov Azərbaycanın ilk prezidenti kimi tanınsa da, bunu mübahisəli sayanlar çoxdur. İlk və ən böyük səbəb onun bu adı seçki ilə yox, Kremlin sərəncamı ilə almasıdır. Azərbaycan dövlətini coğrafi anlayış kimi deyil, mənəvi dəyər kimi qavrayanlar üçün Mütəllibovun prezidentliyi sadəcə Kommunist Partiyası Mərkəzi Komitəsi I katibinin qapısında mahiyyətə toxunmayan lövhə dəyişikliyidir. Başqa heç nə…
Mütəllibov xalqın dirənişi ilə Bakıdan qaçıb Kremldəki sahiblərinə sığınandan sonra Azərbaycan haqqında ancaq mənfi çalarlarda danışıb. Daim xalqından şikayət edib… Əslində onun olayları çözələmək, dünyanın gərdişini, siyasi coğrafiyadakı dəyişiklikləri görmək üçün yetərincə zamanı vardı və indi də var. Ancaq o, rəhbəri olmaq istədiyi xalqın iradəsinə yenildiyini heç cür həzm edə bilmir. Hətta bu ölkə onun silsilə xəyanətlərinə göz yumub son nəfəsini doğulduğu yerlərdə almaq şərait yaradandan sonra belə… Gözü hələ də kürsüsü üçün yol çəkdiyindəndir ki, milli iradəni ifadə edib onu layiq olmadığı məqamdan salanlara hər fürsətdə kin qusur.
Əbülfəz Elçibəy. Azərbaycan Respublikasının xalq tərəfindən seçilən ilk prezidenti. Bütün həyatı mənsub olduğu millətə sevgi  və xidmətin ən parlaq səhifələri zəngin şəxsiyyət. 200 illik rus əsarətindən sonra millətə müstəqilliyin dəyərini ikinci kərə anladan dövlət adamı (ondan əvvəl bu şərəf Rəsulzadəyə nəsib olmuşdu). Millətin pisinin, satqınının, xəyanətkarının belə içərisində işıq axtaran, hansısa bacarıqlarını kəşf edib onları millətə yenidən qazandırmağa çalışan böyük insan.
Elçibəyin Mütəllibov kimi  uzun illər dövlət başçısı kürsüsündə oturmaq şansı olmadı.  Mütəllibovla eyni qaynaqdan qidalanan başqa bir dəstə onu devirdi. Ancaq hakimiyyətdən getməsi belə onun milli liderliyinə, türk böyüyü kimi nəhəng türk coğrafiyasında sayılmasına xələl gətirmədi. Çünki Elçibəy həyatında bir dəfə də olsun Azərbaycana, mənsub olduğu millətə Mütəllibov kimi kürsü təmənnası ilə baxmadı, yenidən hakimiyyətə gəlmək üçün yad qapılarda siyasət dilənçiliyi ilə məşğul olmadı. Buna görə də dünyadan gedəndə ən böyük siyasi rəqibi cənazəsinə baş əydi.
Cəmi 10 ayda Elçibəy Azərbaycan Milli Ordusunu qurdu, işğalçı ordunu ölkədən çıxardı, milli valyutanı yaratdı, təhsildə rüşvətin kökünə balta çalan islahatlar apardı, iqtisadiyyatı liberallaşdırdı, Azərbaycanın xarici siyasətində Qərb dəyərlərinə inteqrasiyaya əsaslandı, daxili siyasətə demokratiyanın bütün tələblərini qorumağa çalışdı. Milli-azadlıq hərəkatının lideri prezident seçiləndən sonra onun mübarizə dostlarının başı Bakıda iqtidar olmağın kefini sürməyə qarışmadı. Tam əksinə, on minlərlə cəbhəçi əlinə silah alıb Azərbaycan dövlətini rus-erməni birləşmələrinin hücumlarından qorudu, şəhid, qazi oldu. Elçibəy və onun komandası müstəqil Azərbaycan dövlətinin təməllərinin sağlam atılması üçün nə bacardısa hamısını etdi – millətə böyük sevgi ilə, heç bir qarşılıq gözləmədən.
Elçibəy millət adına belə böyük işlərlə məşğul ikən Mütəllibovun başı Bakıdakı 3-5 tərəfdaşı ilə birgə ölkədə “Ayaz gəlir” panikası yaratmaq hikkəsinə qarışmışdı.
Ona görə də nə qədər zaman keçməsindən asılı olmayaraq Elçibəy bu torpaqlarda “Bəy”, Mütəllibov “Ayaz” kimi qalacaq. Və o heç vaxt Moskvadan “gəlməyəcək”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

NATO Rusiyanı təhdid etdi: Müharibəyə başlaya bilərik

Next Post

Cahangir Hacıyev tarana gedir – sensasion gəlişmələr

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Cahangir Hacıyev tarana gedir - sensasion gəlişmələr

Tofiq Yaqublu azad edilə bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.