"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elçibəyin köməkçisi Mütəllibovun cavabını verdi: “Adam gərək…”

10 Dekabr 2015 - 21:44
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elçibəyin köməkçisi Mütəllibovun cavabını verdi: “Adam gərək...”
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov eks-prezident Ayaz Mütəllibovun müsahibəsində Elçibəy haqqında söylədiyi fikirlərə cavab verib.
 
O.Qasımov Publika.az-a açıqlamasında deyib ki, Ayaz Mütəllibovun Elçibəy haqqında söylədiyi fikirlər tamamilə böhtandır: “Adam gərək başını o qədər itirsin ki, bu cür fikirlər söyləyə bilsin. Xalqını istəyən hansı ölkənin prezidenti ağılının ucundan belə fikirlər keçirə bilər? Bunları yalnız Ayaz Mütəllibov edə bilərdi. Ayaz Mütəllibov hələ də Əbülfəz Elçibəyə qarşı saxladığı kin-ədavəti unuda bilməyib. Azərbaycandan rusların təyyarəsi ilə Moskvaya qaçan bir adamın Azərbaycanın müstəqilliyində müstəsna xidmətləri olmuş lider haqqında mənfi fikirlər söyləməyə heç bir haqqı yoxdur”.
O.Qasımov bildirib ki, Ayaz Mütəllibov Azərbaycanda ən qeyri-ciddi adamlardan biridir: “Çox təəssüf ki, Azərbaycanın taleyinə belə bir adamın prezidentliyi altında yaşamaq düşüb. Əgər Ayaz Mütəllibov təcrübəli siyasətçi olsaydı, o zaman onun hakimiyyəti dövründə Dağlıq Qarabağ ermənilər tərəfindən işğal olunmazdı. Təbii ki, Xocalı faciəsini ermənilər törədiblər. Ayaz Mütəllibovdan fərqli olaraq, biz buna görə azərbaycanlıları günahlandırmırıq. Ancaq ermənilər tərəfindən Xocalı faciəsi törədilən zaman Azərbaycanda hakimiyyətdə Ayaz Mütəllibov olub. Ona görə də Xocalı faciəsinə görə Ayaz Mütəllibov məsuliyyət daşıyır. Ən azı ona görə ki, Xocalı ilə bağlı rəhmətlik Əbülfəz Elçibəyin Ayaz Mütəllibova müraciətləri olub. Əbülfəz Elçibəy öz müraciətində deyirdi ki, Xocalıda müdafiə tədbirləri görülməlidir və insanların həyatı qorunmalıdır”.
Elçibəyin sabiq köməkçisi qeyd edib ki, Ayaz Mütəllibov vaxtilə Azərbaycanı SSRİ-də saxlamaq üçün saxta referendum keçirib: “O, hakimiyyətdən gedəndən sonra Azərbaycanın dövlət büdcəsində cəmi 1 milyon dollar vəsait qalmışdı. Bu, Ayaz Mütəllibovun idarə etdiyi dövlətin durumu idi. Ayaz Mütəllibov Azərbaycanda ordunun yaradılmasına qarşı çıxan şəxs idi. 1991-ci ilin 9 oktyabrında Əbülfəz Elçibəyin rəhbərlik etdiyi hərəkatın təzyiqi ilə Azərbaycanda Milli Ordunun yaradılması haqqında qanun qəbul olunmuşdu. Ancaq Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonra Azərbaycan ordusunda ümumilikdə 150 nəfər əsgər var idi. Yəni, Ayaz Mütəllibov düşünməsin ki, Azərbaycan cəmiyyəti bütün bunları unudub”.
Ayaz Mütəllibovun vaxtilə indiki Azərbaycan hakimiyyətinə qarşı da olduğunu diqqətə çatdıran O.Qasımov deyib: “Azərbaycan cəmiyyəti yaxşı xatırlayar ki, 1990-1991-ci illərdə Ayaz Mütəllibovun göstərişi ilə Heydər Əliyevə qarşı da hansı tərbiyəsizliklər edilirdi. O dövrdə Milli Məclisdə Heydər Əliyevi dəstəkləyən xeyli sayda deputatlar var idi ki, onlar parlamentdə çıxış edən zaman Ayaz Mütəllibovun adamları onlara əngəl olurdular, çıxış etməyə imkan vermirdilər. Bu adamların hamısı da şəxsən Ayaz Mütəllibov tərəfindən idarə olunurdu”.
Qeyd edək ki, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov “Modern.az”a müsahibəsində eks-prezident Əbülfəz Elçibəy haqqında belə deyib: “Elçibəy isə primitiv millətçi idi. Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki  Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Əgər Ayaz Mütəllibov sübut ortaya qoymazsa, onu Vətən xaini elan edəcəyik”

Next Post

Cəbhədə gərgin gecə – düşmənə ağır zərbə vurduq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Cəbhədə gərgin gecə - düşmənə ağır zərbə vurduq

`Rusiyanın Suriyada nə işi var?` - Ərdoğan

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.