"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ELÇİN İSGƏNDƏRZADƏNİN «QÜRBƏT HÜCRƏSİNDƏ»

10 Oktyabr 2015 - 14:55
in aktual-banner, MƏDƏNİYYƏT

11062115_918720091516922_7600985242796432737_nOnun bütün fəaliyyəti təqdir olunmalıdır. Çünki nə edirsə ədəbiyyat, mədəniyyət naminə edir. Elçin İsgəndərzadənin TƏK fəaliyyəti bir institutun fəaliyyətindən qat-qat üstündür. Onun «Vektor» Nəşrlər evində işıq üzü görən «Qürbət hücrəsində» şeirlər və poemalar kitabını oxuyanda bir daha bu həqiqəti qəbul etdim və kitab haqqında düşüncələrimi oxucularla bölüşmək istədim.
Bəlkə də deyəcəklərimizin hamısını kitaba «Şair sözə əmanət» adlı ön söz yazan hörmətli Arif Əmrahoğlu deyib: «Ədəbiyyata xidmətin çoxsaylı yolları mövcuddur: kimi bədii sözü yaradır, kimi bədii sözü araşdırır, kimi bədii sözü sadiq oxucu kimi yaşadır, kimi bədii sözü mətn kimi ortaya çıxarır… Bütün bunların hamısını eyni vaxtda görməyə çalışanlar azdı, amma var. Onlardan biri də şair, nasir, tərcüməçi, araşdırıcı, təbliğatçı, imkanı daxilində xeyriyyəçi, dünyanın müxtəlif məkanlarında yaranan bədii söz arasına körpü salmağa çalışan Elçin İsgəndərzadədir».
Elçin İsgəndərzadənin «Qürbət hücrəsində» onu tam olaraq oxucularına təqdim edəcək hər şey var. Ömrünün böyük bir qisminin səfərlərdə keçməsi (çoxları kimi Elçin İsgəndərzadə səfərə turist olaraq çıxmır. Onun hər səfəri Azərbaycan ədəbiyyatını, Azərbaycan həqiqətlərini yaymaq, mədəniyyətlərarası əlaqələri daha genişləndirmək məqsədi daşıyır), ona qürbət hücrəsində qərib düşüncələr yaşamağı öyrətdi və bu düşüncələri bizə şair Elçin İsgəndərzadə çatdırır:

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Son ümid can verir
ürəyimin tənhalığında –
kimsəsiz qürbət hücrəsində.
Bir gün çəkdiyim ahın üstündə,
puçur-puçur şeh damlaları.
qəbrimə sızan göz yaşları kimi,
İşıldayır Ay işığında.

Onun, bir yaradıcı olaraq, mübarizəsi qılıncla ləçək arasında keçir. Min illərin sınağından çıxan əsil şair mübarizəsidir. E. İsgəndərzadə zatən da bu müqəddəs mübarizənin öncüllərindəndir. Əslində nəyi niyə gəzdiyini bilsə də, poeziyanın imkanlarından məharətlə istifadə edərək bədii suallar yaradır.

Bu dünyada mənim ömrüm,
qılıncla ləçək arası.
Nə gəzirsən dəli könlüm,
qəbirlə çiçək arası.

Elçin İsgəndərzadənin yaşantıları harada keçməsindən asılı olmayaraq, VƏTƏN həmişə yanında olur. Elə bu Vətən naminə dünyanı əriş-arğac eləmirmi… Bir fikir var ki, Vətəni, torpağı, elini sevirsənsə, ona heç bir xidmət göstərməsən belə səni müsbət səciyyələndirmək olar. Bir də var ki, bu sevgini əmələ qatasan, sevə-sevə qoruya da biləsən, xidmət də göstərəsən. Bu baxımdan Elçin bütün sevgisini Azərbaycana, onun torpağına, çölünə, daşına, insanlarına bağışlamış ziyalılarımızdandır. Şeirlərinin birində dediyi kimi:

Ayaqlarımız altında tutya Vətən torpağı,
başımız üstündə özgür Göy üzü.
Min illərdi bu torpağın igidləri,
Ya şəhid olurlar savaşda, ya qazi.

Onun yazdıqları, yaratdıqları nə varsa, hamısında sevgi ilə dolu bir şair ürəyi var. Bu ürəyin qapısından minlərlə qayğı keçib içəri, geriyə ümidlə qayıdıb. Elçin İsgəndərzadə varlığı, hənqiqəti nədirsə, elə budur. O, bir ümidsizin ümidi, bir dərdlinin pənahı, üşüyən ağacın sirdaşı olan bir şairdir. Heç kim ona ürəyini açmaqdan çəkinmir, çünki açılan hər ürək dərdinə şərik olacaq bir ÜRƏK SAHİBİni tapır. QÜRBƏT HÜCRƏSİnin pəncərəsində üşüyən ağacı da şair özü dindirir:

Pəncərə önündə üşüyən ağac,
Gəl içəri, ürəyini mənə aç.

Bütün qurbət hücrələrində belə ürəyindəki o müqəddəs duyğu – sevgi onu tərk etmir. Onun yox olması hər şeyin məhvinə gətirər. Duyğunu gözlər dilə gətirər, -deyirlər. Amma Elçinə görə gözlər həm də onu pünhan saxlaya bilir. Bəlkə də şairin özgələrindən fərqli olaraq görə bildiyi həqiqət elə budur:

Gözlərini sevirəm sənin,
gözlərin sirrimi saxlayır.

Bəzən bu duyğunun təsirindən insanın taleyi də öz əlində olmaya bilər. Bəxtəvər günlərin xiffətini çəkənin, xatirələrin əlində qalanın həmdəmi ancaq həsrət ola bilər. Qürbət hücrəsində qələmə aldığı şeirlərindən birində deyildiyi kimi:

Həsrət bu qadının adına düşər,
Bəxtəvər günləri yadına düşər.
Yenə xatirələr oduna düşər,
Taleyi əlində olmayan gözəl.

Bu dünyada qəbul olunmuş həqiqətlər var ki, hamı tərəfindən eyni cür qavranır. Bir də var fərdin müəyyən etdiyi həqiqətlər. Bu, daha çox yaradıcı adamlara məxsusdur. Mədəniyyət fədaisi Elçin İsgəndərzadə çoxşaxəli yaradıcılığında bir sıra haqlı qənaətlərə \gəlib və onun həqiqətləri yaxın və uzaq ətrafı tərəfindən də yüksək dəyərləndirilib. Sadəcə yaşayıb ölmək hamının nəsibidir. Amma insana yaşamaq üçün verilən zaman kəsiyi fəaliyyətsizlikdə keçirsə, onun varlığı elə yoxluğu qədərdir. Elçin İsgəndərzadənin gəldiyi haqlı qənaətlərindən biri də budur:

Ağlamağa nə var ki,
gülməyə nə var, dostum.
Bu fani dünyadan küsüb,
ölməyə nə var, dostum.

Elçin İsgəndərzadənin «Qürbət hücrəsində» kitabındakı şeirlərin mayasından bir bütövlük keçir. Bu, çox güman ki, onun, bir şair olaraq, bir vətəndaş olaraq, bütöv yaşantısı ilə bağlıdır. Xoşbəxtliyin və bədbəxtliyin harada başlayıb harada bitməsi şərti bir şey olsa da, şair onu şərtilikdən çıxarır:

Gözündə dünyanın bədbəxti ikən,
kim bilir, bəlkə də xoşbəxt idim mən.

Elçin İsgəndərzadənin «Qürbət hücrəsində» kitabı haqqında bütün düşüncələri bir yazıda ifadə etmək olduqca çətindir. Kitabdakı poemalar ayrıca bir yazının mövzudur. Bu kitabın hər oxucuda unudulmaz düşüncələr yaradacağına çox ümidliyəm.

Vasif Süleyman

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qızıl 12 dollaradək bahalaşıb

Next Post

Ankarada baş vermiş terrorda azı 30 nəfər ölüb, 126 nəfər yaralanıb – VİDEO

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Ankarada baş vermiş terrorda azı 30 nəfər ölüb, 126 nəfər yaralanıb - VİDEO

Bal yarmarkasına 18 ton yararsız bal buraxılmayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.