"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elçin Mirzəbəylinin “Sevgi məktubları”

05 Dekabr 2014 - 21:36
in MƏDƏNİYYƏT

“Elçin Mirzəbəylinin misraları sənin ürəyini elə şəfqət və mərhəmətlə isidir, bütün vücudunu elə səmimiyyətlə sarır ki, elə bilirsən bunlar sənin sözün, sənin kəlmən, sevgisənin qəlbinin döyüntüləridir. Ancaq bir azca kənardan, bir azca utana-utana boy göstərir, yerini nişan verir: «Mən burdayam, mən burdayam» – deyir». Tanınmış şair və publisist Elçin Mirzəbəylinin «Sevgi məktubları» kitabına ön söz kimi yazılan bu fikirlər şairliyin tanrının sevdiyi və seçdiyi insanlara lütf etdiyi istedad, vergi olduğuna oxucunu bir daha inandırır. Dekabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində şairin «Sevgi məktubları»nın təqdimatına yığışanlar bir daha bu həqiqətə inandılar.
İndiyə qədər «Bir gecənin tənhalığı», «İtirilmiş vaxtın adamı», «Poz bu sükutu» kitabları ilə oxucuları ilə görüşən və şeirləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada nəşr olunmuş ədəbi almanax, antologiya və toplularda dərc olunan şair “Sevgi məktubları”nın xeyli əvvəl çap olunduğundan və tarixçəsindən danışdı: «Sumqayıtda gənclərlə görüş zamanı onlar məndən ciblərinə yerləşə biləcək şeir kitabı çap etdirməyimi xahiş etdilər. Və bu formatda kitab yarandı…”

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Yazıçı Aqil Abbas Elçinin Mirzəbəylinin yaradıcılığını həm şair, həm də publisist kimi izlədiyini bildirdi: “Bu gün şair bolluğu olsa da, indi Azərbaycanda yaxşı şeir yazan şairlər çox azdır. Elçin həmin az olan şairlərdəndir».

E.Mirzəbəylinin şeirlərini sosial şəbəkələrdən izlədiyini söyləyən “Gündəlik teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı
«Yaxşı şeir gözəl ürəkdə yaranır. Elçin də belə gözəl ürək sahibidir»- deyə qeyd etdi. Elçin Mirzəbəylinin sözləri əsasında ərsəyə gələn mahnılara da toxundu: «Musiqi səsin və sözün vəhdətindən yaranıb. Mən musiqiçi və şair olmasam da, bilirəm ki, bu, asan başa gəlmir. Bugün yaxşı mətni olan və ya yaxşı müsiqisi olan mahnılar çox azdır. Nadir hallarda mahnının sözləri musiqisi ilə üst-üstə düşür və gözəl mahnı yaranır».

“Yeni Azərbaycan” qəzetini baş redaktoru Hikmət Babaoğlu ədəbiyyatı, şeiri, musiqini ruhun qidası adlandırdı: “Bu gün şeir yazmaq və onu topluma sevdirmək çox çətindir. Şeir bizim sığındığımız məkandır. Biz həyatda çox hisslər yaşayırıq, amma həmişə yaşadığımız hissləri ifadə edə bilmirik. Bəzən belə insanlar tapılır ki, sənin hisslərini ifadə edir. Şairləri bizlərdən fərqləndirən də budur”. Baş redaktor E. Mirzəbəylinin sevgi şeirləri ilə Mikayıl Müşfiqin şeirləri arasındakı yaxınlıqan danışdı: “Elçinin sevgi ruhu mənə Mikayıl Müşfiqi xatırladır. O, mənim ən şox sevdiyim şairdir. Sevgi şeirləri yazmaq ruhun gəncliyidir. Elçinin yaradıcılığı incə bir xəttin üstündə incə hərəkət edir».

Yazıçı Yunus Oğuz E.Mirzəbəylini insanı düşündürən şeirlərin müəllifi kimi dəyərləndirdi: «O insanları düşündürən şeirlər yazır. İstənilən şeirlə insanları düşündürməyi bacarır. Bu hər şairə məxsus olmayan keyfiyyətdir».

«Bakı-Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev E.Mirzəbəylinin yaradıcılığında yenilik kimi qəbul ediləcək fikirlərin olduğunu vurğuladı: «Azərbaycanda o qədər şairlər var ki, qocalıblar, amma bir şeirini xatırlamaq olmur. Bu gün ədəbi mühitimizdə çoxlu şair və yazıçıların olmasına baxmayaraq, inanıram ki, Elçin bu aləmdə öz sözünü deyəcək”.

Elçin Mirzəbəylinin şeirlərinin insanı düşünməyə məcbur etdiyini söyləyən filoloq Xalidə Vaqifqızı E.Mirzəbəylini uşaqlıqdan tanıdığını söylədi: «Elçin 47 yaşındadır. O, bu yaşına qədər çox əziyyət çəkib. Ancaq təkbaşına ayaq üstə durmağı bacarıb. Onun yaradıcılığında böyüdüyü mühit – doğulub boya-başa çatdığı Lənkəran torpağı, oradakı ədəbi mühit böyük rol oynayıb”.

Təqdimat çərçivəsində gənc ifaçı Ülvi Nurinin ifasında Elçin Mirzəbəylinin eyniadlı şerinə yazılan «Gəl sevdalım» mahnısı səsləndi.

Şairin sözlərinə bəstələnmiş mahnıların sırasında “Ürəyim yanar” (Abbas Əhməd), “Biz sənə səs veriririk” (Hikmət Mirməmmədli), “Sevda yolu”, “Səni unutmadım” (Hatəm Nəbioğlu), “Bezdim” (Mahir İbrahimov) mahnıları da var. E.Mirzəbəyli bir neçə bəstəkar tərəfindən şeirlərinə mahnılar yazılacağını bildirdi: “Yaxın vaxtlarda həmi mahnıları da eşidəcəksiniz”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib – FOTOLAR

Next Post

Şəhid Milli Qəhrəmanın anım mərasimi keçrildi

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Şəhid Milli Qəhrəmanın anım mərasimi keçrildi

“İntihara cəhdimin çox ciddi səbəbləri var”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.