Hüquqşünas Elçin Namazov noyabrın 25-də Xətai Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb. O, polisin qanuni tələbinə əməl etməməkdə
təqsirli bilinib. Hüquqçunun qardaşı Əkrəm Namazov “Azadlıq” radiosuna deyib ki, Elçin Namazovun ofisində axtarış aparılıb, sənədləri götürülüb.
təqsirli bilinib. Hüquqçunun qardaşı Əkrəm Namazov “Azadlıq” radiosuna deyib ki, Elçin Namazovun ofisində axtarış aparılıb, sənədləri götürülüb.Elçin Namazov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır.
2011-ci ilin sentyabrında Vəkillər Kollegiyasının qərarı ilə Elçin Namazov vəkillikdən uzaqlaşdırılıb.



