"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elçin Sadıqov niyə azadlıqdadır? – Əvəz Zeynallı

27 Mart 2023 - 17:15
in XƏBƏR LENTİ

“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Əvəz Zeynallı ittihamlardan özünü təqsirli bilməyib. O, vəzifəli şəxs olmadığı halda ona rüşvət alma ittihamı verdilyini deyib.

Əvəz Zeynallının sözlərinə görə, vəkil Elçin Sadıqovla birlikdə həbs olunub: “İttiham verilib ki, mən Elçin Sadıqovla birlikdə rüşvət almışam. Amma Elçin Sadıqovun işi mənim işimdən ayrılıb və o, azadlıqdadır. Niyə o azadlıqdadı? Axı mənə ittiham onunla birlikdə verilib? Biz bir ittihamla saxlanılmışıq, həbs edilmişik”.

Daha sonra Əvəz Zeynallı məhkəmənin kiçik zalında işinə baxılmasından şikayətlənib: “Hakimdən xahiş edirəm ki, iclaslar böyük zalda keçirilsin, prosesə daha çox insan buraxılsın”.

Hakim isə bildirib ki, məsələ məhkəmə araşdırması zamanı müzakirəyə çıxarılacaq.

Daha sonra Əvəz Zeynallının vəkil Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edib. Vəkil məhkəmə proseslərində təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılmasını, müdafiəçiləri ilə yanaşı əyləşmələrinin təmin edilməsini istəyib. Vəkil bildirib ki, təqsirləndirilən şəxslərin heç biri təhlükə mənbəyi deyil.

Fəxrəddin Mehdiyev həmçinin cinayət işinə xitam verilməsi barədə vəsatət verib. O bildirib ki, təqsirləndirilən şəxslərin ittihamı əsaslı deyil.

Prokuror vəsatətlərin əsassız olduğunu deyib. Onun sözlərinə görə, sübutlar qanuni yolla əldə edilib, heç bir sübut qanunsuz deyil. Prokuror cinayət işinə xitam verilməsi ilə bağlı vəsatəti əsassız hesab edib.

Məhkəmə cinayət işinə xitam verilməsi ilə bağlı vəsatəti rədd edib.

Daha sonra Əvəz Zeynallının vəkili müvəkkilinin ev dustqlığına buraxılması ilə bağlı vəsatət verib.

Məhkəmə bu vəsatəti də rədd edib.

Sonda vəkillərin məhkəmə zalının dəyişdirilməsi ilə bağlı vəsatəti təmin edilib. Hakim bildirib ki, növbəti proses daha böyük zalda keçiriləcək.

Daha sonra prosesdə bildirilib ki, cinayət işinin təqsirləndirilən şəxs Elnur Şükürovla bağlı hissəsində Bakının Sabunçu rayon icra başçısı Adil Vəliyev, Suraxanı rayon icra başçısı Əziz Əzizov və Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov şahid qismində tanınıb.

Təqsirləndirilən şəxsin qeyd olunan icra başçılarını rüşvət verməyə təhrik etdiyi iddia olunur.

İş üzrə hazırlıq iclası başa çatıb və məhkəmənin baxış iclası aprelin 10-a təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun istintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.

Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ritter ukraynalıları Zelenski rejiminə qarşı üsyana çağırıb

Next Post

Ukrayna qoşunları Artemivsk şəhərini atəşə tutulmasını intensivləşdirib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Ukrayna qoşunları Artemivsk şəhərini atəşə tutulmasını intensivləşdirib

Ukrayna qoşunları Artemivsk şəhərini atəşə tutulmasını intensivləşdirib

Bakıda bu ərazi yanır

Bakıda açıq ərazi yanır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.