Həmkarımız müğənni ilə məhkəmə çəkişməsinə maraqlı statusla yollanıb
AzNews.az saytının baş redaktoru, həmkarımız Elçin Zahiroğlu müğənni Mətanət İsgəndərli ilə
məhkəmə çəkişməsinə maraqlı status həsr eləyib.
məhkəmə çəkişməsinə maraqlı status həsr eləyib.
Moderator.az onun məhkəməyə yollanmazdan öncə öz facebook səhifəsində paylaşdıqlarını oxucularına təqdim edir:
“Gedirəm məhkəməyə-Xanım Mətanət İsgəndərlinin əxlaq, mənəviyyat, müqəddəs ailə, vətən, millət və.s barədə mühazirələrini dinləməyə. Xanım Mətanət İsgəndərli mühazirəsini bitirəndən sonra hakimin onun Fatimeyi Zəhra müqəddəsliyini, müqqəddəs Məryəm bakirəliyini nəzərə alıb biz məlunlara həbs hökmünün çıxarılmasını istəyəcək. Əslində, damcı səsinə köksümə əyilmiş başımı qaldırıb, onun xumar gözlərindən axan yaşların əlindəki mühazirə kağızını islatdığını görməsəydim, Tanrıdan yerin aralanmasını və aşağı yuvarlanmağımı istəyərdim. Yağı düşmənə də belə eybəcər tamaşa arzulamıram…”



