Oktyabrın 30-da Nəsimi rayon məhkəməsində Milli Şuranın üzvü, tanınmış ziyalı Eldəniz Quliyevə qarşı
növbəti məhkəmə prosesi keçirilib. Proses zamanı E.Quliyevə qarşı hökm çıxarılıb.
növbəti məhkəmə prosesi keçirilib. Proses zamanı E.Quliyevə qarşı hökm çıxarılıb.Musavat.com-un xəbərinə görə, məhkəmə Eldəniz Quliyevə 480 saat ictimai islah işləri üzrə həbs cəzası verib. Həmçinin o, min manat cərimə olunub. Bundan əlavə, qərarda ekspertiza rəyinə görə, 140 manat pulun dövlət büdcəsinə keçirilməsi də öz əksini tapıb.
Həmçinin, onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvəndə saxlanılıb.
Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bundan sonra R.Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib.









