"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Eldar Həsənovun çıxışı: Mən həbs olunana qədər…

03 Sentyabr 2021 - 18:59
in MANŞET

Keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Elchi.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasına məhdud sayda media nümayəndələri buraxılıb. Həmçinin bəzi televiziya kanallarının da məhkəmə zalında iştirakına icazə verilib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

E.Həsənovun vəkili Adəm Məmmədov buna etiraz edib. Etiraz qəbul edilməyib.

Prosesin davamında Eldar Həsənovun anket məlumatları dəqiqləşdirilib.

Vəkillər E.Həsənovun şüşə qəfəs arxasından çıxarılması ilə bağlı vəsatət verib. Vəsatət təmin edilməyib.

E.Həsənov barəsində seçlmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

Vəsatətə E.Həsənov da münasibət bildirib:

“Heç bir cinayətim sübuta yetirilməyib. İstintaq qrupunun rəhbəri Əliheydər Qarayevin işidir. Mən həbs olunana qədər 7 dəfə əməliyyat olunmuşdum. Həkim müayinəsi barədə istəklərimiz rədd edildi. DTX-nin vicdanlı, ləyaqətli əməkdaşlarının köməyilə hərəkət edirdim. Məhkəmə-tibb ekspertizası təyin olundu. Həkimlər məni müayinə eləməyə gəldi. İstintaq təcridxanasında tibb otağı olduğu halda, görüş otağında müayinə etdilər.

1 il 20 gündür həbsdəyəm. Bundan sonra da nə qədər ömrüm varsa, mübarizəmi davam etdirəcəyəm. Hakim, prokuror qarşısına çıxmağa hazıram. Ölkə başçısından ədalət, məhkəmədən ədalətli qərar gözləyirəm.

Bu bina əvvəl Ali Məhkəmənin binası idi. Buraya müxtəlif statuslarda gəlmişəm. İkinci dəfədir ki, təqsirləndirilən şəxs kimi gəlirəm. Bunu sizə deməyi özümə borc bilirəm ki, heç kim bilmir başına nə gələcək. Məni DTX-nin hospitalına gətirdilər ağır vəziyyətdə. Ertəsi gün gəldilər ki, prokurorluq deyir, istintaq materiallarını mənə təqdim eləməlidilər. İstintaq materialları stasionar şəraitdə təqdim oluna bilməz. Ona görə istintaq təcridxanasına qaytardılar. Səhhətim ağır olsa da, tələb elədilər ki, 48 saat ərzində iş materialları ilə tanış olum”.

Prosesin bu hissəsində digər jurnalistlər də zaldan çıxarılıb.

Eldar Həsənovun cinayət işi üzrə rəsmi məlumata görə, onu Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Eldar Həsənov ittihamları qəbul etmir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

Next Post

Laçın və Zəngilan hava limanlarının texniki göstəriciləri açıqlanıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Laçın və Zəngilan hava limanlarının texniki göstəriciləri açıqlanıb

Türk və erməni nazir gecəyə qədər mübahisə etdi – Lavrovdan şok

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.