"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Eldar Mahmudov apreldə həbs ediləcək

31 Mart 2016 - 11:21
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Eldar Mahmudovla bağlı sensasion qərar - “...apreldə həbs ediləcək”

Sabiq nazirin kompromat müharibəsi aparmaq iddiası iqtidarın əsəblərini tarıma çəkib

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şefi Eldar Mahmudov aprelin ilk ongünlüyündə həbs olunacaq. Redaksiyamıza daxil olan özəl xəbərdə iddia edilir ki, sabiq nazirin həbsinə hakimiyyətin ən yuxarı səviyyəsində  qərar verilib. İddiaya görə, Eldar Mahmudov vəzifəsindən qovulandan sonra onun həbsə alınmamasını şərtləndirən bir sıra məqamlar olub. Sabiq nazirin vaxtilə göstərdiyi xidmətlər nəzərə alınıb. 
Lakin Eldar Mahmudovun azadlıqda qalaraq hakimiyyətdə təmsil olunan nazirləri hədəf alan saxta kompromatları ortaya çıxarması onunla bağlı həbs qərarının verilməsini şərtləndirib. Bildirilir ki, bir müddət əvvəl KQB-nin sabiq zabiti, eks-mayor Yuri Şvetsin maliyyə naziri Samir Şərifov haqda müsahibəsinin hazırlanmasında “Mahmudov izi”nin aşkarlanması siyasi hakimiyyətin səbrini daşırıb. Xatırladaq ki, Şvets həmin müsahibəsində Samir Şərifovu “üç qat agent” adlandırmışdı. Əslində bu müsahibəyə qədər də Eldar Mahmudovun Samir Şərifova münasibəti bəlli idi. Mahmudovun Şərifovla yolları dəfələrlə qudası Cahangir Hacıyevin sədri olduğu Beynəlxalq Bankdakı qanunsuzluqlarının ört-basdır olunmasına görə toqquşub. Eldar Mahmudov nəzarət səhmləri dövlətə məxsus olan Beynəlxalq Bankda baş verənlərə maliyyə naziri olaraq Samir Şərifovun diqqət ayırmaması üçün kreslosunun verdiyi imkanlardan çox ciddi şəkildə istifadə edib. Bu isə son illərdə tərəflər arasında çox ciddi qarşıdurmalara da səbəb olmuşdu.
Azərbaycanda ötən ilin fevralındakı devalvasiyadan sonra tərəflər arasında qarşıdurma bir qədər də dərinləşib. Yada salaq ki,  2015-ci il fevralın 21-də manatın ucuzlaşmasından bir neçə gün əvvəl həmin vaxt Beynəlxalq Bankın rəhbəri olan Cahangir Hacıyev, Mərkəzi Bank sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov və bir neçə hakimiyyət rəsmisinin iştirakı ilə prezident yanında müzakirələr aparılıb. Sonuc olaraq manatın ucuzlaşması qərarı verilib. Həmin müzakirələrdən dərhal sonra C.Hacıyev öz yaxın ətrafının sərəncamında olan milyonlarla manat vəsaiti Beynəlxalq Bankda dollarda saxlanan aktivlərə dövr etmişdi. Bu isə hakimiyyətin üst düzeyində  ciddi narazılığa səbəb olmuşdu.
Beynəlxalq Bankda dövləti təmsil edən qurumun – Maliyyə Nazirliyinin rəhbəri kimi Samir Şərifovun baş verənlər haqda ölkə rəhbərliyinə məlumat verməsi isə Cahangir Hacıyevin və  onun o dövrdə qüdrətli olan nazir qudasına xoş getməmişdi. C.Hacıyev bu əməliyyatdan sonra vəzifədə 1 ay duruş gətirə bildi. 
Onun həbsinə həmin günlərdə hazırlanan sanksiyanın icrası qoruyucu mələyinə çevrilmiş qudası Eldar Mahmudovun sayəsində 9 ay gecikdi. Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra qudasını qorumaq üçün istifadə etdiyi rıçaqları itirmişdi. Bilinirdi ki, C.Hacıyevin həbsi labüddür. Sonradan baş verənlər onu deməyə əsas verir ki, Eldar Mahmudov uduzduğunu həzm edə bilməyib. Vəzifədə olduğu müddətdə Mahmudov Şərifova qarmaq atmaq üçün ən müxtəlif variantlara əl atıb, onu daim təzyiq altında saxlamağa hesablanmış addımlardan çəkinməyib.
E.Mahmudov vəzifəsini itirəndən az sonra Samir Şərifov ən yüksək tribunadan açıq şəkildə Cahangir Haciyevin fəaliyyətini hədəf alan çıxış etdi. Milli Məclisin 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Beynəlxalq Bankın sabiq rəhbərliyini ciddi şəkildə tənqid etdi. Bununla tərəflər arasında qarşıdurmanın varlığı bir daha təsdiqləndi. 
Həmin vaxt Eldar Mahmudov artıq onu qüdrətli edən kreslosunu itirmişdi. Amma 10 illik nazirliyi dövründə nəzarətinə keçən kompromat materiallar əlində idi. Araşdırmaçı-jurnalist Eynulla Fətullayevin iddialarına görə, məhz o,  ölkə xaricindəki mətbu orqanlar üzərindən Samir Şərifovla bağlı sonradan saxta olduğu üzə çıxan materialları ictimailəşdirib. Eldar Mahmudovun bu hərəkəti Samir Şərifova zərbə endirməyə hesablanmaqla yanaşı, əlində kifayət qədər ciddi materialların olduğu göstərməyə hesablanmışdı. Yəni o, açıq şəkildə olmasa da, siyasi iqtidarı təhdid etmişdi. Lakin görünən budur ki, Eldar Mahmudov hesablamalarında növbəti dəfə yanılıb. Hakimiyyətdən “üç qat agent” məsələsinə Eldar Mahmudova lazım olan şəkildə reaksiya verilmədi. Siyasi iqtidar şantaja boyun əymədi və Samir Şərifovu “vurmadılar”, əksinə, müdafiəsinə qalxdılar. Eynulla Fətullayev isə Şvetsin müsahibəsində dilə gətirdiyi məlumatların hansı mənbədən bəhrələndiyini, hansı sxemlə verildiyini açıq şəkildə ortaya qoydu. Bununla Mahmudovun “informasiya bombası”nı boşuna partlatdığını büruzə verdilər.
Mümkündür ki, sabiq naziri həbs etməklə gələcəkdə onun kompromat savaşı aparmasının qarşısını almaq qərarlaşdırılıb. Belə iddialar var ki, bəzi mətbuat orqanlarına Eldar Mahmudovun ətrafından, gizlində qalmış adamlarından yeni kompromat materiallar ötürülüb. Martın 28-də “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun mahmudovçulara bağlı olan “reket mətbuatı” hədəf alan yazı ilə çıxış etməsini də təsadüf hesab etmək olmaz. Görünür, Mahmudovun kompromat savaşına hazırlıq görməsindən hakimiyyət texnoloqları da xəbərdardır və sabiq nazirin hazırlıqlarını önləmək, sıfıra endirmək üçün  müvafiq addımlar atılır. 
 
Bir sözlə, yaxın zamanlarda bu iqtidarda təmsil olunan daha bir nazirin, təhlükəsizlik generalının həbsinə şahid ola biləcəyik. 
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Somalidə öldürülən azərbaycanlı Göyçaylıdır – İki oğlu yaralanıb

Next Post

AKİF AŞIRLI ELMİ İŞİNİ MÜDAFİƏ ETDİ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

AKİF AŞIRLI ELMİ İŞİNİ MÜDAFİƏ ETDİ

Elnarə Abdullayevaya qadağa qoyuldu - Danışa bilməz

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.