"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Eldar Mahmudov Eldar Həsənova necə yaşıl işıq yandırmışdı…

20 Noyabr 2015 - 11:31
in aktual-banner, Banner, MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Azərbaycanın keçmiş baş prokuroru, Serbiyadakı indiki səfiri Eldar Həsənovla əlaqələri olan, bu günlərdə korrupsiya ittihamı ilə dindirilən rumın iş adamı Tiberiu Urdareanunun şirkəti Azərbaycanda kiber-təhlükəsizlik layihəsini keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi əsasında qazanıb.

Bu haqda virtualaz.org saytına həmin layihəyə bələd olan mötəbər mənbələr məlumat veriblər.

“UTİ Group” şirkətinin sahibi olan Tiberiu Urdareanu bu günlərdə Rumıniyanın Milli Antikorrupsiya İdarəsində iri məbləğlərdə korrupsiya sövdələşmələri ittihamı üzrə dindirilib. Tiberiu Urdareanu Rumıniya siyasi elitasında güclü əlaqələrə malikdir və hökumət ortağı olan partiyanın rəhbərliyində yer alır.

“UTİ Group” Rumıniyanın kommunikasiya və qiymətli kağızlar bazarında əsas oyunçulardan biridir.

Tiberiu Urdareanu

Virtualaz.org saytı onu da araşdırmışdı ki, həmin şirkət Eldar Həsənov Rumıniyada səfir işləyərkən Azərbaycan bazarına daxil olub.

“UTİ Group” 2011-ci ildə Azərbaycanda “UTİ Group Azerbaijan” adlı törəmə şirkəti qeydiyyatdan keçirib. Həmin şirkət kiber təhlükəsizliyin təmin edilməsinə dair layihəni qazanıb. Tenderi Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi keçirib.

Layihənin detalları haqda məlumat yoxdur. Ancaq Azərbaycan XİN-in Azərbaycan-Rumıniya münasibətləri barədə icmalından məlum olur ki, “UTİ Group” kiber-təhlükəsizlik sahəsində proqram təminatının yaradılması layihəsini həyata keçirib.

Bu, Rumıniyanın Azərbaycan bazarına daxil olan ilk informasiya texnologiyaları (İT) şirkəti deyil. Rumıniya informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələr sırasında yer almasa da bu ölkənin SİVECO şirkəti 2004-cü ildən Azərbaycanda elektron təhsil sisteminin yaradılması layihəsini icra edir.

“SİVECO şirkəti hazırda öz fəaliyyətini elektron kənd təsərrüfatı sektoruna da genişləndirmək marağındadır”– Azərbaycan XİN-in icmalında deyilir.

Əslində Rumıniyanın İT sahəsi üzrə fəaliyyət göstərən şirkətinin Azərbaycan bazarına daxil olmasında qorxulu nəsə axtarmaq düzgün hesab edilməməli idi. Lakin haqqin.az və virtualaz.org saytlarının təsisçisi, jurnalist Eynulla Fətullayev Balkanlarda korrupsiya araşdırmaları üzrə ixtisaslaşmış jurnalistlərin köməyi ilə bəzi detalların izinə düşmüşdü (E.Fətullayevin “Eldar Həsənovun hakimiyyətə qarşı “Cülyetta” əməliyyatı” başlıqlı həmin yazısı ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz- http://virtualaz.org/uzbeuz/57561).

Məlum oluşdu ki, “UTİ Group” şirkətinin mərkəzi ofisində Eldar Həsənovun ən etibarlı adamı – moldovalı Leonela Lenes oturur. Xanım Leneslə E.Həsənovu qarşılıqlı inam və etimada söykənən münasibətlər birləşdirir.

E.Həsənovun Rumıniya və Balkanlardakı xüsusi əməliyyatlarının başında da elə bu moldovalı xanım dayanıb. Həmin Leonele Lenesin və onun tərcüməçi qızlarının sayəsində Azərbaycan və Şərqi Avropa ölkələrinin hökumətləri arasındakı danışıqların bütün stenoqramları E.Həsənova ötürülür.

E.Həsənov hələ Buxarestdə işləyəndə xüsusi tərcüməçi qızlar ştatları yaratmışdı. Bu qızlar səfirin və onun köməkçisi L.Lenesin yanında böyük şəxsi etimada malikdirlər.

Bakıdan Buxarestə gedən bütün nümayəndə heyətləri bu qızların “hakimiyyəti” altında olurdu. Təqdimat isə belə idi ki, onları guya bizim səfirlik yox, Rumıniya tərəfi məsləhət görüb. Səfirin özünün iştirak etmədiyi ən məxfi danışıqlardan sonra isə bu söhbətin stenoqramı E.Həsənovun masası üzərinə qoyulurdu.

Daha maraqlısı odur ki, həmin tərcüməçi qızlar Buxarestdə gedən ən yüksək səviyyəli danışıqların stenoqramını bu günə qədər də Belqrada – Serbiyadakı səfir Eldar Həsənovun hazırkı iş yerinə yollayırlar.

Məhz casus filmlərinin süjetini xatırladan bu əməliyyat Eldar Həsənovun mafioz rumın dostunun şirkətinin Azərbaycanda strateji layihəni alması ilə bağlı narahatlıqlar meydana çıxarıb.

“UTİ Group” şirkəti Azərbaycanda dövlət strukturlarının saytlarının, kompüter şəbəkələrinin kiber-hücumlardan müdafiə edən proqram təminatını hazırlayıb.

O zaman şübhə yaranır: həmin şirkət dövlət strukturlarının kompüter şəbəkələrinə təsadüfən Eldar Həsənova lazım ola bilən casus proqramları yerləşdirməyib ki? Hər halda bu layihə haqda araşdırma aparmağa dəyər…

Həmin layihənin rumın şirkətinə verilməsinə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun razılığının alınması görünür, həm də onunla bağlı olub ki, kiber-təhlükəsizlik strateji əhəmiyyət kəsb edir və bu sahəyə həm də xüsusi xidmət orqanları cavabdehlik daşıyır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki mənbələrdən məlum olub ki, əvvəlcə həmin layihəni eston şirkətinə vermək nəzərdə tutulmuşdu. Lakin E.Mahmudovun göstərişi ilə layihə rumın şirkətinə verilib.

Habelə rabitə nazirinin müavini Elmir Vəlizadənin və nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun (E.Mahmudovdan sonra işdən çıxarılıb) da layihənin həmin şirkətə verilməsində rolu olub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan nefti bahalaşıb

Next Post

Bakıda maşınlar `su qiymətinə` satılır – Kəskin ucuzlaşma

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Bakıda maşınlar `su qiymətinə` satılır - Kəskin ucuzlaşma

Azərbaycandan İŞİD-ə pul göndərilir? - `İzvestiya`

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.