"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Eldar Mahmudov kimi prezident, kimi baş nazir edəcəkdi, o «spisok» ələ keçməlidir…”

11 Noyabr 2015 - 10:32
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Bir nəfər məndən soruşmadı ki, sən bu məlumatları hardan bilirsən?”
Moderator.az Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin müsahibəsini təqdim edir:
– Təxminən 7-8 ay bundan öncə də bizim bu barədə söhbətimiz oldu. Xatırlayırsınızsa, mən o zaman da bu hadisələrin baş verəcəyini proqnozlaşdırırdım. Qeyd etmişdim ki, ölkədə ciddi qruplaşmalar var ki, ölkə başçısına qarşı fəaliyyətə başlayıblar və Azərbaycanda dövlət çevrilişi etmək istəyirlər. Bir nəfər məndən soruşmadı ki, yoldaş Hacıyev, sən bu məlumatları hardan bilirsən. Burada söhbət təkcə Eldar Mahmudovu zərərsizləşdirməklə iş bitmir. Çünki Eldar Mahmudovun təkbaşına bu prosesi hazırladığını düşünmək sadəlövhlük olardı.
Maraqlı odur ki, Eldar Mahmudova kim göstəriş verib? Bu planı quran əsas fiqur kimdir? Mənə elə gəlir ki, önun üzərinə getmək lazımdır. Hesab edirəm ki, məsələnin kökü lap dərinlərə gedir. Artıq kələfin ucu açılıb, bundan sonra nəzarətdə saxlamaq lazımdır ki, görək hara kimi davam edəcək, kimlərin adı çıxacaq.Məndə belə bir məlumat var ki, bu işlə bağlı aparılan istintaqda müəyyən adamların adları gizlədilir.
– Belə çıxır ki, qeyd etdiyniz çevriliş planının əsas müəllifi Eldar Mahmudov deyil?
– Bəli. Eldar Mahmudovun qorxaqlığı da var idi, eyni zamanda, belə bir planı cızmaq imkanlarına sahib deyildi. Sadəcə olaraq, ona qorxma-qorxma deyənlər olub. Həmin adamlar bundan əvvəl də, indi də ölkə başçısının iradəsinin əleyhinə fəaliyyət göstərirlər. Bunu Azərbaycanda bilməyən adam yoxdur. Cənab prezidenitin özü də bunu çox gözəl bilir. Ona görə də deyirəm ki, bunun kökünü qazmaq lazımdır. Yəni, bu prosesdə Edar Mahmudov kiçik fiqurdur, onun arxasında böyük fiqurlar var.
– Sizcə, həmin fiqurlar kimlərdir?
– Həmin adamlar prezidentin ətrafındadırlar. Sadəcə, özlərini çox peşəkarlıqla gizlətməyə çalışırlar. Amma bunu demək də bizə problemlər yaradır. Şəxsən mənə mesajlar gəlir ki, niyə sakit durmursan. Ancaq mən yolumdan dönən deyiləm, əziz qardaşım, İlham Əliyevin müdafiəsi üçün bütün xəyanətkar planların üstünü açacağam. O adamlar başa düşmürlər ki, biz prezidenti müdafiə etməklə dövlətçiliyi qorumuş oluruq. Ona görə də mən dəfələrlə bəyan etmişəm və xalqı prezidentin ətrafında birləşməyə çağırmışam.
– Hafiz müəllim, Prezident İlham Əliyev sonuncu çıxışında yenə də məmurlara xəbərdarlış etdi və «heç kim toxunulmaz deyil» bəyanatını verdi. Necə düşünürsünüz, bu, növbəti cəzalandırmanın olacağının xəbərçisi deyilmi?
– Bəli. Prezident son xəbərdarlığını edib, amma bir məsələ də var ki, artıq gecikir. Bu istiqamətdə daha sərt addımlar atılmalıdır. Elə buna görə də müqavimət göstərməyə çalırılar. Fikir verirsinizmi ki, özlərini radikal adlandıran qüvvələr necə susublar. Ona görə ki, həmin qüvvələr Eldar Mahmudov və ona ideoloji dəstək verənlərin təbeçiliyindədirlər. Yadınızdadırsa, prezident seçkiləri ərəfəsində Cəmil Həsənliyə informasiya vermişdilər, o da gəlib televiziyada canlı yayımda ağzına gələni danışdı. Düzdü, mən orda onun cavabını verdim, ancaq burada başqa məsələ var. Cəmil Həsənliyə həmin məlumatları kim ötürürdü? İlham Əliyev bütün bunları gözəl bilir. Eldar Mahmudov və ona «qorxma-qorxma» deyənlər diqqəti bu məsələdən yayındırmaq üçün ölkədə aranı qarışdırmaq üçün planlar cızırlar. Burada təəccübölü bir şey yoxdur, çünki dövlət çevrilişinə cəhd edənlər hələ də hakim komandadadırlar. Onldar yaxşı bilirlər ki, həbs növbəsi onlara çatır. Ona görə də istəyirlər ki, mitinqlər başlasın, xalq ayağa qalxsın, küçələrə çıxsın, bunların da ömrü uzansın. Bu çox qorxulu məsələdir. Heç olmasa, sizin sayt vasitəsiylə cənab prezidentə çatdırmalıyıq ki, vəziyyət belədir. İndi əl müxalifətin ayağa qaldırmaq üçün onlara pul ötürməyə başlayıblar.
– Bəs, hazırkı situasiyada təklifiniz nədir?
– Bütün bunların qarşısını almaq üçün təcili tədbirlər həyata keçirilməlidir. Düşünürəm ki, Azərbaycan xalqı da ayıq olmalıdır. Əli Əsədov prezidentin köməkçisidir. Mən ona dəfələrlə dedim ki, prezidentlə görüşmək istəyirəm, ciddi problemlər var, amma şərait yaratmadı. Burdan da belə nəticəyə gəlmək olur ki, onun özü də bu və ya digər formada bu prosesin içindədir. Ona görə də burada qətiyyətli olmaq lazımdır. Eldar Mahmudov kimi prezident, kimi baş nazir edəcəkdi, o «spisok» ələ keçməlidir. Kimlərin adı varsa, məşhər ayağına çəkilməlidir. Nə əqədər ki, dərin qatlar üzə çıxmayıb, təhlükə hələ də realdır. 4-5 generalı tutmaqla məsələ həll olunmur.
Bu baxımdan, cənab prezident qətiyyətli addımlar atmalıdır. Bu gün xalq onun arxasındadır. Əgər kimlərsə, prezidentin arxasında deyilsə, onları da biz gətirəcəyik. Mənə və partiyama nə qədər təzyiqlər olsa da, bir addım belə geri çəkilməcəyik, xəyanətkarlara qarşı sona qədər mübarizə aparacağıq. (Mia.az)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradacaq

Next Post

İcazə vaxtı bitir – Sürücülərə 150 manatlıq cərimə xəbəri- VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İcazə vaxtı bitir - Sürücülərə 150 manatlıq cərimə xəbəri- VİDEO

Çovdarovun işçiləri də saxlanıldı – MTN-də yeni həbslər oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.