"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Eldar Mahmudovu aparan konvoy yarıyoldan qayıdıb – yeni şok bilgilər

01 Dekabr 2015 - 09:28
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Eldar Mahmudovu aparan konvoy yarıyoldan qayıdıb - yeni şok bilgilər

Ev dustağı edilən sabiq nazir dövlət bağında saxlanılır; Onun yanında yalnız xanımı qalır və onun da bayıra çıxmadığı iddia olunur; “Delta Telekom”un baş direktorunun sensasion müsahibəsi iqtidarın bəzi dairələri ilə razılaşdırılmayıb və bu səbəbdən narazılıq yaradıb; Eldar Mahmudovun və Əli Abbasovun tutulması üçün təkzibolunmaz sübutların efirə verilməsi kimlərin marağında ola bilər?

 
Oktyabrın 17-də işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun niyə həbs edilməməsi ətrafında müəmmalı vəziyyət davam edir. “Yeni Müsavat” hələ bir ay əvvəl yazmışdı ki, E. Mahmudov barəsində ev dustaqlığı barədə qətimkan tədbiri seçilib və sabiq nazir ciddi nəzarət altındadır. 
 
Onu da qeyd etmişdik ki,  ev dustaqlığı həbsə alternativ qətimkan tədbiri olduğundan şəxsin həbsə alınması barədə məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər. Yəni bu o deməkdir ki, E.Mahmudov barədə əvvəl həbs sanksiyası verilib, amma bu, ev dustaqlığı ilə əvəz olunub. Məlumatda deyilirdi ki, sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib. Sabiq nazirə əmri ilə bərabər, həm də həmin sənədlər təqdim edilib. Böyük ehtimalla nazir barədə sanksiyanı baş prokurorun müavini Rüstəm Usubov imzalayıb, Səbayel Rayon Məhkəməsi isə ev dustaqlığı barədə qərar verib.  
Baş Prokurorluğun son məlumatına görə, MTN-dən qovulan 19 sabiq vəzifəli şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib. Prokurorluq kimin barəsində ev dustaqlığı qərarı verildiyini açıqlamır. 
Baş Prokurorluğun açıqladığı siyahıdan sonra mediada ev dustağı edilən şəxsin MTN-in Əməliyyat-Texniki Baş İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mirvətova olduğu iddia edildi. Amma 19 nəfərlik həbs edilənlər siyahısında N.Mürvətovanın adı var. Bu halda isə ev dustağı edilən şəxsin, “Yeni Müsavat”ın yazdığı kimi, Eldar Mahmudovun olması təsdiqlənir.
***
Sabiq nazirin Xüsusi Dövlət Mühafizə İdarəsi əməkdaşlarının ciddi nəzarət altında olduğu dəqiqdir. E.Mahmudov oktyabrın sonunda Badamdardakı villasından çıxarılıb və Bakı ətrafındakı dövlət bağlarından birində saxlanılır. Onun yanında yalnız xanımı qalır və onun da bayıra çıxmadığı iddia olunur. Eldar Mahmudovun ailə üzvlərinin, həmçinin qayınatasının keçmiş nazir işdən çıxarılmamışdan bir neçə gün əvvəl Azərbaycandan getdiyi iddiaları var, amma bu məlumat bu günədək də nə təsdiq, nə də təkzib olunub.
Yeri gəlmişkən, bu ilin sentyabr ayının 24-də E.Mahmudovun qızının toyu olub. E.Mahmudovun kiçik qızı Nərgiz Mahmudova Rasim Əliyevlə ailə həyatı qurub. Toy mərasimi “Buta Palace”da baş tutub. O zaman mətbuat yazırdı ki, N.Mahmudova mərhum prezident Heydər Əliyevin qardaşı nəvəsi ilə ailə həyatı qurub. Yaxın keçmişə ekskurs edəndə, belə aydın olur ki, 2012-ci ildə isə “Buta Palace” sarayında Eldar Mahmudovun oğlu Anar Mahmudov evlənib. O da Beynəlxalq Bankın o vaxtkı rəhbəri Cahangir Hacıyevin qızı ilə ailə qurub.
Cahangir Hacıyev və E.Mahmudov barəsində həbs qərarının verilməməsinin səbəbləri sırasında yuxarıda qeyd etdiyimiz qohumluq əlaqələrinin nə dərəcədə rolu olub-olmadığını demək çətindir. Çünki bu adamlar həbsxanaya salınmasalar da, faktiki istintaq altındadırlar. C.Hacıyevə də ölkədən çıxmaq yasağı var və o tez-tez kredit işi ilə bağlı  istintaqa çağırılır.
***
E.Mahmudovun dindirilib-dindirilməməsi barədə də maraqlı xəbərlər var. Məsələn, hələ bir müddət əvvəl redaksiyamıza belə bir xəbər daxil olmuşdu ki, sabiq naziri ifadə almaq üçün nəzarətdə saxlandığı yerdən çıxarıblar. Amma xüsusi konvoy bağdan çıxdıqdan bir neçə dəqiqə sonra geri qayıtmalı olub. Xəbərə görə, buna səbəb sabiq generalın “özünü çox pis hiss etməsi” olub. Mənbə bildirib ki, onun bu vəziyyətdə dindirilməsi məqsədəuyğun olmayıb. Amma sabiq nazirin “istintaqla əməkdaşlıq etdiyi” deyilir.
Daha bir sensasion xəbər E.Mahmudovun həbs edilən işçilərinin “generala sadiq qalması” barədədir. Yəni cinayət məsuliyyətinə cəlb edilənlər sabiq naziri suçlamırlar. İddia edilir ki, həbs edilənlər vəkillərinə də tapşırıb ki, E.Mahmudov barəsində, ümumiyyətlə, bir kəlmə belə danışmasınlar. Qeyd edək ki, doğrudan da “Beynəlxalq Bank”  işi ilə bağlı tutulanların vəkilləri tez-tez C.Hacıyevin hələ də məsuliyyətdən yayındığını deməkdən çəkinmirlər.  Ötən həftə isə Yüksək Texnologiyalar və Rabitə Nazirliyinin həbsdəki sabiq aparat rəhbəri Vidadi Zeynalov barəsindəki mənimsəmə ittihamlarına vəkili vasitəsilə münasibət bildirərək “nazir Əli Abbasov idi” mesajı göndərib. V. Zeynalovun daha bir mesajı da maraqlıdır. O, israrla adının  E.Mahmudovla hallanmasını istəmədiyini deyib.
 
Maraqlıdır ki, “MTN işi”nin vəkilləri də E.Mahmudovu “yaddan çıxarıb”. Yəni ayrı-ayrı epizodlarda E.Mahmudovun adı keçsə də, həbs edilənlərin  və ya onların yaxın qohumlarının sabiq nazir haqda hələ ki suçlamaları yoxdur. 
 
Daha bir maraqlı məqam isə “Delta Telekom”un baş direktoru Ramazan Vəliyevin ötən həftəsonu ANS-ə müsahibəsi ilə bağlıdır. R.Vəliyev noyabrın 16-da baş vermiş məlum yanğından sonra Azərbaycanın saatlarla internetsiz qalmasından, müəssisədə MTN-in xüsusi qurğu yerləşdirməsindən və bəzi maliyyə mənimsəmələrindən danışarkən Eldar Mahmudovu suçlayıb.
 
Müsahibədə Eldar Mahmudovun prezidentin adından danışması barədə maraqlı məqam var: “Şəxsən özü (E.Mahmudov-red.) mənə bildirdi ki, avadanlıq quraşdırılmalıdır. Biz bilirik ki, Avropa oyunlarında müxtəlif terror hadisələri gözlənilir və mən cənab prezidentə məruzə etmişəm, avadanlığın quraşdırılması üçün şərait yaratmağa borclusuz və hətta oradakı 1 milyon 700 min ABŞ dolları dəyərində olan əlavə avadanlıqlar operatorlar tərəfindən alınacaq. Bunların hamısı sizin tərəfinizdən təmin olunmalıdır və bu, cənab prezidentin göstərişidir. Bunu da mən yenə bizə lisenziya verən təşkilata məruzə etdim ki, vəziyyət bu yerdədir. Yəni artıq cənab prezidentin adı ilə bizə göstəriş gəlir ki, bu qoyulmalıdır”.
Ümumiyyətlə, yanğın baş verən otağın efirdə göstərilməsi, idarə rəhbərinin bəzi məsələləri bütün təfərrüatları ilə anlatması və əsas ittihamları da E.Mahmudova yönəltməsi bəzi suallar yaradıb. Yəni hakimiyyət MTN-in “Delta Telekom”da qurduğu xüsusi sistemin və sonradan güman ki, uzaqdan komanda ilə yandırılması  faktının ortaya çıxmasını arzulasaydı, indiyədək bunu öz televiziyaları vasitəsilə edə bilərdi. İkinci bir maraqlı məqam budur ki, “Delta-Telekom” Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, E.Mahmudovla münasibətləri hər zaman gərgin olan Bəylər Əyyubovun nəzarətindədir. Bəylər Əyyubov MTN-dəki gizli dinləmələrlə bağlı işə nəzarət edir.
 
Ona görə də ehtimal etmək olar ki, bu müsahibə məhz baş qorumanla razılaşdırılıb.  Amma maraqlıdır ki, müsahibə yayıldıqdan sonra ANS onu saytından çıxarıb, bəzi saytlarda isə xəbərin “kökü silinib”. Güman ki, bu müsahibə iqtidarın bəzi dairələri ilə razılaşdırılmayıb və bu səbəbdən  narazılıq  yaradıb. Çünki bu, faktiki, Eldar Mahmudovun və Əli Abbasovun tutulması üçün təkzibolunmaz sübutlardır. İqtidar isə  bu həbslərə görə nədənsə tələsmir…
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ: Rus təyyarəsi Türkiyənin hava sərhədlərini pozduğuna görə vurulub

Next Post

Ərdoğanla Putin arasında Parisdə yeni qalmaqal – Ərdoğan Putini əxlaqsız adlandırdı (Yenilənib)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ərdoğanla Putin arasında Parisdə yeni qalmaqal - Ərdoğan Putini əxlaqsız adlandırdı (Yenilənib)

Elza Seyidcahan: “Sal atın altına…”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.