"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Eldar Mahmudovun anası Zinaida Mixaylovna oğlunun iş yerindən çox nigaran idi”

19 Noyabr 2015 - 17:17
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Son günlər bəzi mətbuat orqanları və sosial şəbəkələrdə eks-milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun ailəsi, valideynləri, onların əslən hansı bölgədən olduğu haqda çox yazılır, müzakirələr açılır.
Yazıçı-dramaturq, əvvəllər Milli Elmlər Akademiyasında işləmiş Firuz Mustafa bu müzakirələrə dair açıqlama verib
Modern.az saytı vaxtilə eks-nazirin anası ilə bir yerdə işləmiş yazıçının açıqlamasını təqdim edir:
“Son zamanlar Elmlər Akademiyası (EA) əməkdaşlarına, habelə mənim özümə bu suallarla müraciət edən adamlara təsadüf olunur. Tanışlar, həmkarlar, media nümayəndələri son olaylarla bağlı Eldar Mahmudovun ailəsi ilə də maraqlanır. Və mətbuatda, sosial şəbəkələrdə bu konuda çoxlu “sensasion” yazılar dərc olunur.
Eldar Mahmudovun atası Əhməd Mahmudov EA-da İqtisadiyyat İnstitutunun müdiri idi. Bu elmi müəssisə ilə bizim işlədiyimiz Fəlsəfə və Hüquq institutu eyni mərtəbədə, amma müxtəlif “cinahlarda” yerləşirdi.
Əhməd Mahmudov əslən Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Şahtaxtı kəndindəndir. Mən onu deyib-gülən, şən, zarafatcıl bir adam kimi xatırlayıram. Həmkarlarının yadında o, xeyirxah adam kimi qalıb. Mənimlə salamı vardı. Ünsiyyətimiz az olub.
Əhməd Mahmudovun həyat yoldaşı Zinaida Mixaylovna Mahmudova ilə biz uzun illər eyni bir institutda, eyni otaqda, eyni şöbədə çalışmışıq. Xanm əslən Moskvadan idi. Elə Əhməd müəllimlə də orada tanış olmuşdu. Zinaida xanım (biz ona belə müraciət edirdik) çox sadə, təvazökar, hətta deyərdim ki, utancaq bir qadındı. Elmi fəaliyyətə gec başlamışdı və bu sahədə elə də böyük iddiası yoxdu. Yaşından bir qədər ahıl görünürdü. Adamlarla çox sakit, az qala pıçıltı ilə danışırdı.
Qızı Elmira tez-tez anasına baş çəkərdi. Ana-bala bir-biri ilə rəfiqə kimi mehriban davranırdılar. Sonralar Elmira Mahmudova Riyad adlı gənc bir çekistlə ailə qurdu.
Riyad özü də tanınmış ailədən idi, atası Fikrət Əhmədov bir zamanlar respublika Nazirlər Soveti sədrinin (Baş nazirin) müavini vəzifəsində çalışmışdı. Riyad Əhmədov 1992-ci ildə erməni yaraqlılarla döyüşlərdən birində -Daşaltı əməliyyatı zamanı itkin düşmüş, səhv etmirəmsə elə həmin il Milli Qəhrəman adına layiq görülmüşdü. Zinaida xanım bu hadisədən çox sarsılsa da, kürəkəninin ölümünə heç vaxt inanmırdı, iş otağımızdan demək olar ki, hər gün Riyadın anası Bahar xanımla telefon əlaqəsi saxlayırdı.
Ümumiyyətlə, xanım Mahmudova öz ailəsi haqda ətraflı danışmağı xoşlamazdı. Uşaqları ilə fəxr etdiyini deyərdi. Amma bəzən şöbə əməkdaşları ilə söhbət əsnasında oğlunun iş yerindən həssas ana nigarançılığı ilə gileyləndiyi də olurdu: “Eldarın işi çox ağırdır. Bilmirəm haradan bu qəliz, mürəkkəb sistemi seçdi. Elmira kimi o da atasının yolu ilə (yəni elm yolu ilə) getsəydi yaxşı olardı…”.
O vaxt Eldar Mahmudov hələ aşağı rütbəli zabit idi.
Böyük çin və rütbələr, böyük qazanc və itkilər, habelə böyük qabarma və çəkilmələr hələ irəlidə idi.
Düz deyiblər ki, adamın ən böyüh müəllimi mühit və zamandır”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məmurlar ən çox hansı xəstəlikdən əziyyət çəkir?

Next Post

“BAXCP-nin Alyansa üzv olmasından şərəf duyuruq və çox şadıq” -MÜSAHİBƏ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"BAXCP-nin Alyansa üzv olmasından şərəf duyuruq və çox şadıq" -MÜSAHİBƏ

Vaşinqtonda fövqəladə vəziyyət elan edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.