"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Eldar Mahmudovun dostunun iki milyon vergi borcu var

31 İyul 2023 - 20:27
in CƏMİYYƏT

Ləğv prosesində olan “AGBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) külli miqdarda vergi borcu var.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bankın bu günə olan vergi borcu 2 milyon 465 min 208.84 manatdır.

Qeyd edək ki, “AGBank” ASC 9 noyabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 103 400 000 AZN olan ASC-nin qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur.

Tural Piriyev hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsində çalışır. O, bu vəzifəyə 2020-ci ildə təyin edilib.

“AGBank”ın sahibinə gəlincə, uzun illər bankın keçmiş deputat Çingiz Əsədullayevə məxsus olduğu bildirilib. Bankın səhmlərinin 33 faizi Əsədullayev və ailəsinə məxsus olub.

Çingiz Əsədullayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla dost olması “AGBank”ın keçmiş MTN şefinin nəzarətində olması barədə mülahizələrə səbəb olub. “MTN işi” zamanı bu mülahizələr demək olar ki, təsdiqini tapıb. Məlum olub ki, Eldar Mahmudov bank əməliyyatlarını “AGBank”la həyata keçirirmiş. Onun Çingiz Əsədullayevlə başqa işbirlikləri barədə də iddialar səsləndirilib.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Çingiz Əsədullayevin də həbs ediləcəyi xəbəri yayıldı. Lakin bu gözlənti özünü doğrultmadı.

Yeri gəlmişkən, “MTN işi” zamanı Çingiz Əsədullayev deputat həmkarlarından fərqli olaraq, Eldar Mahmudovu “asıb-kəsməyib”. Əksinə, onunla dost olduğunu bəyan edib.

“Bəli, biz Eldar Mahmudovla dost olmuşuq. Amma üzr istəyirəm, ölkənin yarısı onunla salamlaşmağı özünə şərəf bilirdi. Bu adam dövlətin düşməni deyildi, sadəcə olaraq milli təhlükəsizlik naziri postunu tuturdu”, – deyə o vurğulayıb.

Eldar Mahmudov “arzuolunmaz şəxs” hesab edildikdən sonra Çingiz Əsədullayevin karyerası da “axsamağa” başladı. 2015-ci ildə keçirilən parlament seçkilərində o, 90 saylı Ağdaş seçki dairəsindən mandat qazansa da, Milli Məclisə seçilmiş deputatların təsdiqlənməsinə bir neçə gün qalmış Mərkəzi Seçki Komissiyası (MSK) həmin dairədə nəticələri ləğv etdi.

Həmin vaxt bu, Çingiz Əsədullayevin Eldar Mahmudovun adamı olması ilə əlaqələndirilirdi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Surət Hüseynov vəfat etdi-Yeniləndi

Next Post

Səudiyyəlilər Braziliya, Hindistan və Çini Ukrayna ilə bağlı danışıqlara dəvət ediblər

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Səudiyyəlilər Braziliya, Hindistan və Çini Ukrayna ilə bağlı danışıqlara dəvət ediblər

Səudiyyəlilər Braziliya, Hindistan və Çini Ukrayna ilə bağlı danışıqlara dəvət ediblər

Zəngəzur dəhlizi dərhal açılmalıdır – Ərdoğan

Zəngəzur dəhlizi dərhal açılmalıdır - Ərdoğan

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.