Milli Təhlükəsizlik Nazirliyinin keçmiş şefi Eldar Mahmudovun oğlu Anar Mahmudov bir neçə gün əvvəl Bakının Nardaran qəsəbəsində keçirilən reyd zamanı saxlanılıb.
Yeni Müsavat qəzetinin yaydığı məlumata görə, Anar Mahmudov reyddə iştirak edən polislərdən saxlanılmasının səbəbini soruşub.
Polislər Nardarandakı reydlərin məlum əməliyyatların davamı olduğunu və ölkə rəhbərliyinin tapşırığı əsasında keçirildiyini Anar Mahmudova bildirəndən sonra keçmiş nazirin oğlu maşına minərək yoluna davam edib.




