"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Eldar Sabiroğlu məhkəmədə dedi ki, məni boğazımdan asmaq lazımdır”

10 Sentyabr 2016 - 10:40
in XƏBƏR LENTİ

“Eldar Sabiroğlu məhkəmədə dedi ki, məni boğazımdan asmaq lazımdır”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Rüfət Səfərovun ağır cəza almasından sonra atası məhkəmədə sərt çıxış edib

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri, YAP-ın qurucularından olan Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətində azadlıqdan məhrum edilməsi barədə xəbər vermişdik. Sabiq müstəntiq hazırda Lənkəranda Müvəqqəti Saxlanma Təcridxanasındadır.

Yaxın günlərdə R.Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüləcək. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək. Şikayətə baxıldıqdan sonra isə Səfərov cəzaçəkmə müəssisəsinə köçürüləcək.

Bu barədə “Yeni Müsavat”a sabiq müstəntiqin vəkili Bəhruz Bayramov məlumat verib. Keçirilən məhkəmə prosesi ilə bağlı vəkil bunları deyib: “Hökmdən Apellyasiya Məhkəməsinə müraciət edəcəyik. Hazırda Rüfət Lənkəranda Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılır. Yaxın günlərdə o, 1 saylı Bakı İstintaq Təcridxanasına gətiriləcək. Apellyasiya şikayətimizə baxılana qədər Rüfət bu təcridxanada saxlanılacaq. Mənim narahatçılığım odur ki, məhkəmə müdafiə çıxışım olmadan hökm çıxarırsa, belə qanunsuzluqlar edirsə, hökmü də vaxtında verməsinlər, qanun da qüvvəyə minsin. İndiyə qədər vəkil olduğum müddətdə hələ belə qanunsuz hökmün şahidi olmamışdım. Əsas narahat olduğum məsələlərdən biri də budur. Mənə və müdafiə etdiyim şəxsə çıxışla bağlı imkan verilməməsi Avropa Məhkəməsinin Konvensiyasının 6-cı maddəsinə birbaşa ziddir. Ali Məhkəməyə və ardınca da Avropa Məhkəməsinə müraciət edəcəyik”.

Vəkil Bəhruz Bayramov: “Sanki hakim təzyiq altında idi”

Vəkil hökmdən sonra məhkəmədə yaşananlardan da danışdı: “Rüfət qərarı adi qaydada qarşıladı. Ayın 7-də hakimin bizimlə razılaşmadan bir gün sonraya proses təyin etməsindən sonra artıq bilirdik ki, ittiham hökmü çıxarılacaq. Hökmün hazır olduğunu da bilirdik. Şahidlərə edilən təzyiqlərdən, onların polisin nəzarəti ilə məhkəmə binasında müvəqqəti saxlanmalarından sonra qanunsuz hökmün çıxarılacağına əmin olduq. Rüfət bunlara hazır idi. Eldar Sabiroğlu hökmdən sonra öz fikirlərini deyib. Geniş açıqlama da olacaq. O, məhkəmədə dedi ki, məni boğazımdan asmaq lazımdır, 20 il xidmət etdiyim hakimiyyət adi sözə görə oğlumu həbs elətdirdi, oğlumun tankı, top-tüfəngi yoxdur, onu yolundan döndərmək istədim, alınmadı, sonra iradəsinin ziddinə getmədim. Məhkəmə o qədər qanunsuz hökm çıxardı ki, yuxarıdan sifariş olmasaydı, bu qədər qanunsuzluğa getməzdi. Sifarişli işlərə çox çıxmışam. Amma burada müşahidə etdim ki, sanki hakim təzyiq altında idi. Vəkillik barəmdə xüsusi qərar çıxartmaq istəyirdilər ki, guya məhkəmə prosesini qəsdən uzadıram. Rüfətin feysbuqda statusları var idi. Əli İnsanova qarşı yeni cinayət maddələrinin açılmasına bir hüquqşünas kimi münasibət bildirmişdi. Düşünürəm ki, hökmdə bunlar əsas rol oynadı. Rüfət yazmışdı ki, 70 yaşında bir insandır, inanmıram ki, bu cinayətləri törətsin. Həbs edilməmişdən 8-9 gün qabaq belə bir müsahibə vermişdi”.

Jurnalist Pərviz Həşimli: “Rüfətə dedim ki, bir qədər gözləsin”

Sabiq müstəntiqlə dostluq əlaqələri olan jurnalist Pərviz Həşimli isə “Yeni Müsavat”a hökm barədə danışarkən bunları deyib: “Rüfətə dedim ki, həssas məqamdır, hökmünü gözlə. Amma məni eşitmədi. Onu əslində həbsdən sonra tanımışam. Vətənpərvər oğlan kimi qiymətləndirirəm. O, müstəqil şəxs idi. Mən həbsdə olanda bir-iki dəfə mənə vəkil vasitəsi ilə salam göndərdi. Azadlığa çıxdıqdan sonra görüşdük, münasibətimiz yarandı. Vəkilimiz eyni şəxs idi. Bizi vəkil Bəhruz Bayramov tanış etdi. Bir-birimizi həmin vaxta qədər qiyabi tanıyırdıq. Onun fikirlərini yazdığı yazılardan oxumuşam. Görüşəndə yalnız oradan-burdan danışırdıq. Mənə vətənpərvər olan bir gənc təsiri bağışlayıb. Ümumi şəkildə söhbət edəndə deyirdi ki, ədalətsizliyə dözə bilmədim və ona görə istefa verdim. Atasına qarşı olan haqsızlıqdan gileyləndi. Deyirdi ki, atası 20 il xidmət etdi, amma ona qarşı haqsız addımlar atıldı”.

Qeyd edək ki, R.Səfərovun qayınatası Yevlax rayon icra hakimi başçısının birinci müavini vəzifəsində işləyir. O, ötən ilin dekabrında Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Həmin qərardan məhkəməyə müraciət olunaraq, həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eldar Mahmudov ikinci cəbhə açır: oyuna “vəzir” dən sonra “fil” qoşulur…

Next Post

Klinton səhvini dünyaya bəyan etdi – “İraq müharibəsi yanlış idi”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Klinton səhvini dünyaya bəyan etdi - “İraq müharibəsi yanlış idi”

PKK-nın "alınmaz qalası" başına yıxıldı— VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.