"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əli Əsədov Qaribaşvili ilə görüşdü

26 Oktyabr 2023 - 19:35
in SİYASƏT

Azərbaycanın Baş naziri Əli Əsədov Tiflisə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, Ə.Əsədov Gürcüstan paytaxtında keçirilən Tiflis İpək Yolu Forumuna dəvətə görə təşəkkürünü bildirib, regional və qlobal gündəlikdə duran iqtisadi və nəqliyyat məsələlərinin müzakirəsi baxımından tədbirin əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ölkə arasında dövlətlərarası əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin birgə səyləri nəticəsində strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli xarakter aldığı bildirilib.

Tərəflər ticarət-iqtisadi əməkdaşlığı təqdir edərək cari ilin 9 ayında qarşılıqlı ticarətin həcminin 12%-dən çox artdığını vurğulayıblar.

İnvestisiya əməkdaşlığının artırılmasının vacibliyi qeyd olunaraq Azərbaycanın Gürcüstanın ən böyük investorlarından biri olduğu məmnunluqla vurğulanıb. Həmçinin ölkəmizdə əlverişli investisiya mühiti barədə məlumat verilib.

Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirilib. Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi tərəqqisinə mühüm töhfə verir.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrinin Cənubi Qafqazın transformasiyasına xidmət etdiyi, regionun siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişdiyi bildirilib.

Tərəflər hər iki ölkənin ərazilərindən keçən nəqliyyat dəhlizlərinin potensialının genişləndirilməsinə böyük əhəmiyyət verdiklərini təsdiqləyərək Orta Dəhlizin artan əhəmiyyətini xüsusi vurğulayıblar.

Azərbaycan və Gürcüstandakı dəniz limanları Orta Dəhlizin mühüm halqaları kimi qiymətləndirilib. Liman infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsinin Orta Dəhlizin inkişafına xidmət edəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda hər iki ölkənin iştirakı ilə həyata keçirilən “Yaşıl enerji dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyi bildirilib.

Ə.Əsədov Gürcüstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd edilməsinə görə təşəkkürünü bildirib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin oktyabrında Gürcüstana işgüzar səfəri çərçivəsində Tiflisdə Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr edilmiş fotosərginin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı iki ölkə arasında həyata keçirilən konkret layihələr nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fələstin İsraili Qəzzada qadağan olunmuş sursatdan istifadə etməkdə ittiham edir

Next Post

AB Ermənistanda bizə qarşı kəşfiyyat aparır – Zaxarova

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
AB Ermənistanda bizə qarşı kəşfiyyat aparır – Zaxarova

AB Ermənistanda bizə qarşı kəşfiyyat aparır - Zaxarova

Hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq – Əliyev

Hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq - Əliyev

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.