"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elina Hacıyevanın anası və onun vəkilləri prosesə cəlb ediliblər

01 May 2019 - 10:45
in CƏMİYYƏT

Bakıda 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın işi ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən zərərçəkmişin hüquqi varisinin vəkilləri və nümayəndələri – Azər Nağıyev, Sevinc Əliyeva və Emin İsayev prosesə cəlb edilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bu barədə “Report”a Emin İsayev məlumat verib.

Onun sözlərinə görə, aprelin 23-də zərərçəkmiş E.Hacıyevanın hüquqi varisi, onun anası Sevil Hacıyeva ilə ödənişsiz hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanılıb və onun hüquqlarının və qanuni maraqlarının müdafiəsini vəkillər üzərlərinə götürüb: “Müqavilə bağladıqdan sonra əvvəl Elina Hacıyevanın anası Sevil Hüseynova ilə görüşdük və hadisə ilə bağlı ona məlum olan bütün hallar, habelə, onu narahat edən məqamlar barədə ətraflı söhbət etdik. Bundan sonra Bakı şəhər Prokurorluğu tərəfindən zərərçəkmişin hüquqi varisinin vəkilləri və nümayəndələri kimi prosesə cəlb edildik”.

E.İsayev qeyd edib ki, hazırda Bakı şəhər Prokurorluğu tərəfindən intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin (CM) 125-ci (özünü öldürmə həddinə çatdırma), 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə açılmış cinayət işi üzrə ibtidai istintaq aparılır.

İbtidai istintaqın aparılması müstəntiq E.Cəlilova həvalə olunub, 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova barəsində CM-nin 143 və 314.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Vəkil bildirib ki, E.Hacıyevanın ölümündə digər şəxslərin, o cümlədən ona tibbi yardım göstərən həkimlərin təqsirinin olub-olmamasına ibtidai istintaq orqanından müdafiəçilərə məlumat verilib: “Deyilib ki, bu istiqamətdə araşdırmalar davam edir. Belə ki, cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, onun həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması, onun xəstəxanaya gec çatdırılması (bu fakt danılmazdır) ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilib. Müstəntiq bildirdi ki, ekspert rəyindən həkimlərin məsuliyyət məsələsi aydınlaşacaq.

Onu da qeyd edək ki, ekspert rəyi ilə tanış olduqdan sonra onun obyektivliyi barədə fikrimizi geniş şəkildə bildirəcəyik. Belə ki, bu rəyin dolğun olması və həqiqəti əks etdirməsi iş üzrə mühüm əhəmiyyət kəsb edir. Hazırda cinayət işi üzrə Bakı şəhər Prokurorluğu tərəfindən istintaq-əməliyyat tədbirləri davam etdirilir. Əksər məlumatlar vəkil və istintaq sirrinə aid olduğundan hələ ki, onlar barədə açıqlama verə bilmirik. Lakin söz veririk ki, iş üzrə ədalətin bərqərar olması və Elinanın faciəvi ölümündə təqsirkar şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

E.İsayev vurğulayıb ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər gün E.Hacıyevanın müdafiəçiləri ilə əlaqə saxlayaraq işin gedişatı ilə maraqlanır: “İş üzrə hər hansı bir qanunsuz halla rastlaşsaq dərhal bu barədə ona məlumat verməyimizi xahiş edir. İşi diqqətdə saxlayan və obyektiv qaydada işıqlandıran media nümayəndələrinə təşəkkürümüzü bildiririk”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanın səhiyyə sistemində keyfiyyət standartları tətbiq olunacaq

Next Post

May ayında qeyri-iş günlərinin sayı AÇIQLANDI

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
May ayında qeyri-iş günlərinin sayı AÇIQLANDI

May ayında qeyri-iş günlərinin sayı AÇIQLANDI

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.