"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əliyevin siyasəti budur: tam fərqli – Markedonov

07 Dekabr 2023 - 13:51
in MÖVQE

Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, onun ölkəsi AB-yə daxil olmağı planlaşdırmır. Bunun iki səbəbi var. Birincisi, Azərbaycan dövlətinin xarici siyasət konsepsiyasında belə bir məqsəd yoxdur, ikincisi, Azərbaycanı Brüsseldə gözləmirlər. Bu yanaşma Bakının GUAM/Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatındakı üç tərəfdaşının niyyətləri ilə tamamilə ziddiyyət təşkil edir. Kiyev, Kişinyov və Tiflis açıq şəkildə AB-yə daxil olmağı strateji hədəf kimi qarşılarına qoyub. Bu baxımdan Azərbaycanın praqmatizmi Gürcüstan, Moldova və Ukraynanın “dəyərlər” yanaşmasından çox fərqlidir.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib.

“Lakin bu fərqlər illüziya və şişirdilmiş gözləntilər yaratmamalıdır. Bu gün postsovet məkanı tez-tez “manixey” metodologiyasına (iki rəngli palitraya) uyğun olaraq tədqiq və qiymətləndirilərkən anlamaq lazımdır ki, “siyasi Qərb”lə tənqid və ya fikir ayrılığı nə ondan tam ayrılmaq, nə də Moskvaya doğru geosiyasi dönüş deməkdir. “Azərbaycan və AB arasında etibarlı əməkdaşlıq böyük sərvətdir. Bizim enerji dialoqumuz bir çox sahələri əhatə edir”, – bu, Əliyevin ötənilki çıxışından fraqmentdir. Xatırladım ki, 2022-ci il iyulun 18-də Bakı və Brüssel enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma memorandumu imzalayıb. “AB etibarlı enerji təchizatçılarına müraciət edir. Azərbaycan da onlardan biridir. Bu razılaşma ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan AB-yə qaz tədarükünün ikiqat artırılması öhdəliyi götürürük”, – bunu isə AK-nin rəhbəri Ursula fon der Leyen demişdi. 2023-cü ilin martında Almaniya kansleri Olaf Şolts Əliyevin Berlinə səfəri zamanı vurğulamışdı ki: “Azərbaycan həm Almaniya, həm də AB üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkə həm Almaniya, həm də AB-nin enerji təchizatı üçün böyük potensiala malikdir”. Avropa Xarici Fəaliyyət Xidməti/EEAS veb-saytı Azərbaycanı AB-nin bir nömrəli ticarət tərəfdaşı kimi müəyyənləşdirir. Bakı qarşılıqlı fəaliyyətin iqtisadi formatlarını təqdir və təşviq etməklə yanaşı, AB-nin “dəyər əsaslı” yanaşmaları olan paketi qəbul etməyə hazır deyil. Bu baxımdan, Avropa Komissiyası Bakıya vaxtaşırı “sarı vərəqə” göstərən həmin Avropa Parlamentindən qat-qat mülayimdir. Praqmatizm və realizm, faydaların və mümkün xərclərin aydın bölgüsü var. Azərbaycan AB-nin ayrı-ayrı üzvlərini, xüsusən də Fransanın ermənipərəst mövqelərinə görə hərəkətlərini tənqid edə bilir, həmçinin Birliyin danışıqlar platformalarına (“Brüssel” və ya Mişel formatı adlanır) məhəl qoymur. Amma bu, iqtisadi əməkdaşlıqdan imtinaya gətirib çıxarmayacaq”, – o bildirib.

Markedonov qeyd edib ki, Bakı siyasi xətti ilə özünü “Rusiya, yoxsa Qərb” kimi seçim edəcək vəziyyətə salmayacaq:

“2023-cü ilin aprelində Bolqarıstanın təklif etdiyi “Həmrəylik halqası” təşəbbüsü çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti Şərqi Avropanın dörd ölkəsinin (Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya) qaz nəqli sisteminin operatorları ilə Anlaşma memorandumu imzalayıb və Əliyev bu sənədi “enerji resurslarının şaxələndirilməsi sahəsində mühüm və vaxtında atılmış addım” adlandırıb. Və burada son ifadə əsasdır. Bakı xarici siyasətini və iqtisadi əlaqələrini şaxələndirməyə can atır, həm Qərbdə, həm də Şərqdə sərfəli tərəfdaş (hətta müttəfiq) rolunu oynayır. Onun Yaxın Şərq xətti (İsrail, İran və Fələstin arasında manevr) əsasən eyni addımları izləyir. Kiçik və orta güclər bu variantı “xeyir və şərin tərəfləri” arasında seçim etməkdən üstün tuturlar. Əks halda, ya Gürcüstan, ya da Ukrayna 2.0 (daha üst versiyaya işarə edilir) olmaq riski çox böyükdür”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Heç özüm zəlzələni hiss etməmişəm – Yetirmişli

Next Post

Elşad Hacıyev: “Zəlzələdən sonra polis dağıntı qeydə almayıb”

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Elşad Hacıyev: “Zəlzələdən sonra polis dağıntı qeydə almayıb”

Elşad Hacıyev: “Zəlzələdən sonra polis dağıntı qeydə almayıb”

Horadizdə traktor minaya düşdü: xəsarət alan var

Horadizdə traktor minaya düşdü: xəsarət alan var

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.