"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elman Rüstəmov postunda qalır: "Üzən məzənnəyə hazırlaşırıq"

01 Aprel 2015 - 14:40
in İQTİSADİYYAT

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

elman_rustemov

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyi təsdiq edilib.

Komitə Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Xaqani Abdullayevin də Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib.

E.Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

X.Məmmədov isə Mərkəzi Bankda 1997-ci ildən işləyir. 2010-cu ildə isə o Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.

E.Rüstəmovun səlahiyyət müddəti aprelin 6-da başa çatır.

Azərbaycan Mərkəzi Bankı (AMB) həyata keçirdiyi məzənnə siyasəti sahəsində üzən məzənnəyə tam keçid üçün hazırlıq işləri görür.

“Report”un məlumatına görə, bunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin iclasında iştirak edən AMB-nin sədri Elman Rüstəmov bəyan edib.

“Biz artıq dinamik bir sistemə daxil olmuşuq. Bu gün manatın məzənnəsi idarə olunan üzən məzənnə adlandırılır. Manat bu gün xarici valyutalara nisbətdə öz dəyərini axtarır” deyə AMB sədri bildirib.

E.Rüstəmov qeyd edib ki, Azərbaycan hələ tam üzən məzənnə siyasətinə keçid üçün hazır deyil: “Bunun üçün valyuta qazanan və valyuta satan çox olmalıdır. Ölkədə isə hazırda 2-3 əsas valyuta satan şirkət var – Dövlət Neft Fondu, SOCAR və Mərkəzi Bank. Hazırda bizdə üzən məzənnəyə hazırlıq gedir. Əgər biz hazırda məzənnəni idarə etməsək, dollar daha 20-30 faiz möhkəmlənə bilər ki, bu da iqtisadiyyatda əsəbilik yaradar. Ona görə də idarə olunan üzən məzənnə siyasəti yürüdürük”.

AMB sədri əlavə edib ki, Azərbaycanda müşahidə olunan dollarlaşma prosesi davam edir. Fevralda həyata keçirilən milli valyutanın devalvasiyasindan sonra Mərkəzi Bank bazarda 1 milyard dollardan çox valyuta satışı həyata keçirib.

E.Rüstəmov bildirib ki, dollarlaşma prosesinin aprel-may aylarında davam edəcəyi gözlənilir: “Lakin daha aşağı səviyyədə olacaq və səngiyəcək”.

AMB başçısı qeyd edib ki, 2015-ci il ərzində Azərbaycanda şok devalvasiya gözlənilmir: “Əlbəttə ki, neftin qiyməti və digər amillər nəzərə alınmaqla. Neftin qiyməti üzrə əsas proqnoz isə 50-55 dollar/barel səviyyəsindədir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İcra başçısının işdən qovulan müavini: “Oğlumun cəzasını mən çəkirəm”

Next Post

Neft milyarderi öldü

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Neft milyarderi öldü

Bakı Olimpiya Stadionu ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib - REPORTAJ, FOTOLAR

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.