"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elmar Məmmədyarov: “Status-kvo”nun dəyişdirilməsi üçün işğala son qoyulmalıdır”

07 Noyabr 2017 - 17:48
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elmar Məmmədyarov: “Status-kvo”nun dəyişdirilməsi üçün işğala son qoyulmalıdır”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini Mats Anderssonla görüşüb.

XİN-in mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, görüşdə qarşılıqlı yüksək səviyyəli səfərlər də daxil ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb, qeyd olunub ki, qarşılıqlı anlaşmaya əsaslanan mövcud siyasi dialoq ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.

Ölkəmizdə iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritəsi, xüsusilə qeyri-neft sektorunun inkişafı və ixracın şəxaləndirilməsi üzrə aparılan tədbirlər və köklü islahatlar barədə danışan E. Məmmədyarov elm-təhsil, informasiya və kommunikasiya texnologiyaları, turizm, emal sənayesi və sair digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib. Bu xüsusda, Azərbaycan və İsveçin iş adamları arasında işgüzar əlaqələrin qurulması və birgə biznes forumların keçirilməsinin əhəmiyyəti qeyd olunub.

E. Məmmədyarov 30 oktyabr tarixində işə düşən Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə məlumat verərək Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qitələrarası əlaqələrin gücləndirilməsi, sülh, sabitlik və iqtisadi çiçəklənmə baxımdan yeni imkanlar vəd etdiyini bildirib.

Görüş əsnasında E. Məmmədyarov İsveç baş nazirinin müavininə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğunu bəyan etdikləri “status-kvo”nun dəyişdirilməsi üçün işğala son qoyulmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Nazir, həmçinin, Ermənistan tərəfindən öz doğma yurdlarından qovularaq, zorla etnik təmizləməyə məruz qalan azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulduğunu deyib.

O, Ermənistanın yerinə yetirməkdən imtina etdiyi Avropa Şurası İnsan Haqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair qərarını baş nazirin müavininin diqqətinə çatdırıb.

Görüşdə həmçinin, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinə nəzər salınıb, Cənub Qaz Dəhlizinin və onun mühüm komponenti olan TAP layihəsinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyi qeyd olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazirdən müjdə: Su və işıq bahalaşmayacaq

Next Post

Azərbaycanda 4 əli, 4 ayağı olan körpə doğuldu

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Azərbaycanda 4 əli, 4 ayağı olan körpə doğuldu

Zakir Həsənov NATO toplantısında iştirak edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.