"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elmira Axundova Ukraynaya vəzifəsinə dönəcəkmi? – Siyasilərin MÜNASİBƏTİ

07 Aprel 2022 - 21:03
in MÖVQE

Artıq Kiyevdə yaranan sabitlikdən sonra xarici ölkə səfirlərinin Kiyevə geri qayıtması prosesi başlayıb. Azərbaycanın da bu ölkədəki səfirliyinin və səfir Elmira Axundovanın fəaliyyətin bərpa olunmasının vaxtı çatıb.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Bildiyimiz kimi, səfirimizin müharibə dönəmindəki fəaliyyəti ictimaiyyətdə narazılıqla qarşılanıb və bu barədə Elmira Axundova da bəzi fikirləri ilə müzakirə obyektinə çevrilib.

Məsələ ilə bağlı tanınmış millət vəkilləri və siyasətçilər Bizim.Media-ya öz münasibətlərini açıqlayıb.

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Kiyevdəki səfirimizin fəaliyyətinə hər hansı bir kölgə salan ifadə işlətmək istəmədiyini deyib:

“Azərbaycan da yəqin ki, Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edəcək.

Ancaq oradakı səfirimiz nə günah işlədib ki, dəyişdirilsin? Müharibə dövründə səfir olmaq çətindir. O, dövlətin siyasətini doğru-düzgün balanslaşdırmağı bacarmalıdır. Bu mənada, Ukraynadakı səfirimiz ciddi nöqsanlara yol verməyib. Sadəcə olaraq, zamanında Ukraynadan insanlarımızın köçürülməsində bəzi yanlışlıqlar ola bilər. Amma onu da başa düşmək olar ki, çoxsaylı soydaşlarımızı kordinasiya edib çıxarmaq çətin məsələ idi”.

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də Kiyevdəki səfirimizin dəyişdirilməsinə lüzum görmür:

“Düşünürəm ki, səfirlik Kiyevə qayıtsa, indiki səfir də öz fəaliyyətini davam etdirəcək. Hazırda bu istiqamətdə hansısa bir fövqəladə hadisə görmürəm. Müharibənin öz qanunları var. Azərbaycan səfirliyi də digər ölkə səfirliklərilə birgə Kiyevin təhlükəli anlarında ölkəni tərk edib. İndi bəziləri Kiyevə qayıdır. Azərbaycan səfirliyi də qayıdacaq. Bu istiqamətdə qərar vermək Prezidentin səlahiyyətindədir”.

ReAL-ın icra katibi Natiq Cəfərlinin münasibəti isə konkretdir:

“Elmira Axundova peşəkar diplomat deyil, dəyişdirilməlidir”. O, bildirib ki, Vəziyyət getdikcə daha da yaxşılaşarsa, yəqin ki, Azərbaycanın Kiyevdəki səfirliyi də öz fəaliyyətini bərpa edəcək:

“Ölkəmizin Ukraynadakı səfirinin fəaliyyətilə bağlı ciddi iradlar irəli sürülüb. Xüsusən də, Ukraynadan azərbaycanlıların təxliyəsi məsələsində müəyyən problemlər, sual və iradlar səsləndi.

Ukraynada səfir fəaliyyəti yaxın zamanlarda vacib önəmə malik olacaq. Ona görə də vacib geosiyasi əhmiyyəti və dünyanın diqqət mərkəzində olan Ukrayna kimi bir ölkədə daha təcrübəli və proseslərə çevik reaksiya verəcək şəxs səfir olmalıdır”.

“Elmira Axundova səfir olaraq müharibə dövrünün tələblərinə cavab vermir”.

Bu mənada AMİP lideri Etibar Məmmədov da onun geri çağırılmasının vacib olduğu qənaətindədir:

“Ukraynadakı səfirliyimiz kifayət qədər gücləndirilməlidir ki, müharibə dövrünün tələblərinə cavab versin. Bu səfir orada yaşayan soydaşlarımız və Ukrayna ilə münasibətlərin lazımi səviyyəyə qaldırılması üçün tələblərə cavab verən bir səfir olmalıdır. İndiki səfir isə bu tələblərə cavab vermir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hulusi Akar Serqey Şoyqu ilə telefon danışığı aparıb

Next Post

Peskov Rusiyanın Ukraynada əhəmiyyətli itkilər verdiyini açıqlayıb

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Peskov Rusiyanın Ukraynada əhəmiyyətli itkilər verdiyini açıqlayıb

Peskov Rusiyanın Ukraynada əhəmiyyətli itkilər verdiyini açıqlayıb

Bu ölkə də rus diplomatları qovdu

Bu ölkə də rus diplomatları qovdu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.