Moskvanın Preobrajenski Rayon Məhkəməsi Rusiya Elmlər Akademiyasının Tətbiqi Mexanika İnstitutunun baş elmi işçisi Andrey Kudryavtsevi külli miqdarda rüşvət almaqda şübhəli bilinərək istintaqa cəlb edilib. Elchi.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.
Qeyd olunur ki, 62 yaşlı alim noyabrın 1-dək həbsdə olacaq. O, sentyabrın 4-də saxlanılıb və həmin gün ittiham elan edilib.
Qeyd edək ki, müstəntiqlərin fikrincə, Kudryavtsev institut üçün dövlət müqaviləsini yerinə yetirən şirkətdən əmək haqqı adı altında 1,5 milyon rubldan çox pul alıb.
Havar Şəfiyeva




