Azərbaycan millisinin futbolçusu Elnur Allahverdiyevin yenidən klubsuz qalması rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, buna səbəb müdafiəçi ilə çıxış etdiyi “Neftçi”nin yollarını ayırmasıdır.
Belə ki, “ağ-qaralar”la Allahverdiyev arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Paytaxt təmsilçisi bununla bağlı qərarı ötən ilin sonunda versə də, müdafiəçinin komandadan ayrılması yalnız indi rəsmiləşib.
Qeyd edək ki, 2014-cü ilin yayında “Qəbələ”dən ayrıldıqdan sonra “Neftçi”yə keçən müdafiəçi əvvəllər də formasını geydiyi komandada 73 matçda 3 qol vurub.



