
Pekin Olimpiadasının qızıl medalçısı, polis kapitanı Elnur Məmmədli Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsindən ayrılıb.
Elchi.az meydan.tv-yə istinadən xəbər verir ki, ona Dövlət Təhlükəsizlik Xidmətində vəzifə verilib. Belə ki, olimpiya çempionumuz DTX-də şöbə rəisi postuna təyin olunub.

Elchi.az



