Hazırda onun sərvəti 210 milyard dollardır və hələ də dünyanın ən varlı adamları siyahısında birinci yerdədir.
Elchi.az xəbər verir ki, milyarder Elon Mask, Tesla şirkətinin səhmlərinin düşməsindən sonra bir gündə 16 milyard dollar itirib.
Bloomberg Billionaires Index-dən məlum olduğu kimi, şirkətin səhmləri 9,3% dəyər itirərək bir səhm üçün 220 dollara düşüb. Bu, Tesla-nın xalis mənfəətinin son rübdə 1,8 dəfə azaldığının açıqlanması ilə bağlıdır.
Maskın sərvəti hazırda 210 milyard dollar qiymətləndirilir və o, hələ də dünyanın ən varlı adamları siyahısında birinci yerdədir. Bu siyahıda ikinci yerdə lüks mallar istehsalçısı LVMH Moet Hennessy – Louis Vuitton, Bernard Arnault və Amazon onlayn pərakəndə satış şirkətinin banisi Jeff Bezos dünyanın ən zəngin üçlüyünü bağlayır.
Şayəstə Hüseynova






