Bu gözlənilən idi və İlon Mask süni intellekt yarışına qoşuldu. Tesla, Twitter və SpaceX-in baş direktoru Musk “TruthGPT” adlandırdığı süni intellekt platformasını elan etdi.
Elchi.az xəbər verir ki, Amerikanın Fox News kanalına müsahibə verən Tesla, SpaceX və Twitter-in top meneceri Elon Musk Microsoft və Google tərəfindən hazırlanmış süni intellekt chatbotlarına meydan oxumaq üçün “TruthGPT” adlı platformanı işə salacağını açıqladı.
Elon Musk ChatGPT-nin inkişaf etdiricisi OpenAI-ı kommersiya təşkilatı olan Microsoft ilə əməkdaşlıq etdiyinə görə tənqid etdi.
OpenAI-ı ” süni intellekti yalan danışmağa öyrətmək”də ittiham edən Musk, Google-un həmtəsisçisi Larri Peycində süni intellektin təhlükəsizliyini ciddiyə almadığını iddia etdi.
Musk, “TruthGPT” adlandırdığı platforma ilə “maksimum həqiqəti axtaracağını” və gec başladığını, lakin bu sahədə bir seçim olmağa çalışacağını bildirib.
Microsoft, süni intellekt nailiyyətlərini sürətləndirmək üçün süni intellekt ChatGPT chatbotunun yaradıcısı OpenAI ilə əməkdaşlıq etmişdi.
Google-un ana şirkəti Alphabet fevral ayında ChatGPT ilə rəqabət apara biləcək “Bard” adlı yeni texnologiyasını təqdim etdi.
ABŞ-ın e-ticarət nəhəngi Amazon da keçən həftə digər şirkətlərə süni intellektlə işləyən məhsullar yaratmaq üçün öz chatbotlarını və xidmətlərini inkişaf etdirməyə kömək etmək məqsədi daşıyan yeni texnologiyalar elan etdi.
Keçən ay “Future of Life Institute” qeyri-kommersiya təşkilatı tərəfindən dərc edilmiş, o cümlədən Musk da daxil olmaqla, 1000-dən çox insanın imzaladığı açıq məktubda, süni intellektli robot dizaynları üçün ümumi təhlükəsizlik protokolları hazırlanıncaya və tətbiq olunana qədər müstəqil ekspertlər tərəfindən qabaqcıl süni intellekt robotlarının inkişaf etdirilməsinə nəzarət edilmişdir.
Nuranə Məmmədova





