X sosial media platformasının sahibi İlon Maskın süni intellekt şirkəti xAI “Grok” adlı yeni süni intellekt modelini açıqlayıb.
Elchi.az xəbər verir ki, xAI-nin sosial media platformasındakı yazısındaQrok, “hazırcavab və üsyankar” cavablar vermək üçün nəzərdə tutulduğu deyilir. “Əgər yumora nifrət edirsinizsə, lütfən ondan istifadə etməyin!” Zarafatla təqdim olundu.
Bildirilib ki, Qrokun “unikal əsas üstünlüyü onun X platforması vasitəsilə real vaxt rejimində dünyanı bilməsidir”.
Qeyd edilib ki, süni intellekt modeli Qrok digər süni intellekt sistemlərinin “cavab verməkdən imtina etdiyi” suallara da cavab verəcək.
Grokun hələ də “beta məhsulu” olduğunu bildirən yazıda süni intellekt modelinin “sürətlə inkişaf edəcəyi” mesajı verilib.
Şayəstə Hüseynova






