WSJ: Elton Con Atlantadakı mənzilini 4,9 milyon dollara satışa çıxarır
Elchi.az xəbər verir ki, Britaniyalı müğənni Elton Con daşınmaz əmlakdan qurtulmaq qərarına gəlib – dünyanın ən məşhur ifaçılarından biri ABŞ-ın Atlanta şəhərində mənzilini satışa çıxarıb.
The Wall Street Journal (WSJ) xəbər verir ki, onun dəyəri 4,9 milyon dollardır.
İki mərtəbəli mənzil Buckheaddə Park Place yaşayış kompleksinin 36-cı mərtəbəsində yerləşir. Ümumi yaşayış sahəsi 1254 kvadratmetr qiymətləndirilir – Con bu binada beş mənzil alıb və onları bir mənzildə birləşdirib. Müğənni ABŞ-a qastrol səfərinə gələndə orada qalıb.
Mənzildə dörd yataq otağı, ofis, bir neçə qonaq otağı, birində panoramik pəncərələr, spa ilə oniks daşından hazırlanmış vanna otağı, şəxsi idman zalı və masaj otağı var. Həmçinin müğənninin evində ayaqqabı saxlamaq üçün bir otaq var: döşəmədən tavana qədər ən azı dörd rəf. Mənzilin pəncərələrindən şəhərə mənzərə açılır: park və Atlanta göydələnləri.
Şayəstə Hüseynova




