"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elxan Şükürlüdən möhtəşəm paylaşım

27 Avqust 2022 - 12:34
in CƏMİYYƏT

“Bura “Laçın dəhlizi”ndən Gorusa və Sisiana (Qarakilsəyə), oradan da bizim Şahbuz rayonuna keçən və Aralıq dənizi sahillərinədək uzanan magistral yolun kəndimizdən ötən hissəsidir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bu yol və ona paralel axan Naxçıvan çayı kəndimizi – gözəl Kolanımızı iki yerə ayırır.
Kəndimizin məskunlaşmasında və iqtisadi həyatında tarixən bu yolun çox böyük önəmi olub.

Bu, həm də yüz illər boyu Qarabağdan Naxçıvana, oradan qardaş Türkiyəyə ötüb gedən köhnə karvan yoludur”.

Elchi.az-ın məlumatına görə, bu barədə siyasi şərhçi Elxan Şükürlü FB hesabında bildirib.

“Kəndimizin girişində axan dupduru “Karvan bulağı” da var və digər bulaqlardan fərqli olaraq, suyu heç vaxt qurumaz. İndi o bulağın üstündə kəndimizin hərbi mundirli 4 şəhidinin fotoları asılıb: baş leytenant Fuad Əlizadə 44 günlük Qarabağ savaşında elə “Laçın dəhlizi”ni nəzarətə götürmək üçün yollanan xüsusi qrupun tərkibində, kəşfiyyatçı İman Alməmmədovsa Şuşa yolunda şəhid olub; İlqar Məmmədxanlı I Qarabağ savaşında, Feyruz Məmmədovsa Əfqanıstan müharibəsində şəhid olub…

Vaxtilə kəndimizin Şərq çıxışında qədim karvansara da olubmuş, təəssüf ki, qorunub saxlanmayıb, yerində isə bağ salınıb…

Paytaxtımız Bakıdan avtomobilinə minən şəxs kəndimizin tən ortasından keçən bu yolla düz Avropaya – Aralıq dənizi sahillərinədək gedib çıxa və ya əks istiqamətə hərəkət edə bilər. Ta qədimdən SSRİ dağılanadək bu yol daim işlək vəziyyətdə olub və Şahbuz camaatı onları qədim Zəngəzura bağlayan bu yol vasitəsi ilə təkcə Sisian, Gorus və Qafanla deyil, həm də bütün Qarabağımızla sıx ticarət münasibətləri qurublar…

Bu gün Naxçıvanı Kəlbəcər və Laçın ərazisinə bağlayan ən qısa magistral da məhz bu gördüyünüz yoldur və Ermənistanla sərhədədək tam asfaltlanıb.

Yolun Ermənistan ərazisindən keçən hissəsi də istifadəyə tam yararlıdır, yalnız bir yerdə – “Əyriqar” postunun qarşısında ermənilər müdafiə məqsədiylə qazıntı aparıblar.

44 günlük Qarabağ savaşı dönəmində, elə indi də ermənilərin ən çox qorxduqları Ordumuzun Naxçıvandan hücum edərək Kəlbəcərə çıxması və Ermənistanın bütövlükdə cənubla, o cümlədən İranla əlaqələrini kəsə bilməsi imkanıdır. Çünki bizim Şahbuz dağlarından Kəlbəcər və Laçına hava məsafəsi cəmisi 18-20 km-dir…

Hazırda Ordumuzun Şahbuz və Laçın dağlarında yerləşən bölmələri çox rahat şəkildə Yerevandan gəlib Gorusa və Qafana gedən əsas magistrala göz müşahidəsini təmin edirlər, sərhədlərin delimitasiya edilməməsi isə gələcəkdə atəş məsafəsinin daha da qısaldılması imkanlarımızı xeyli artırır…

Məsafə yaxınlığına və gözəl təbiət mənzərəsinə görə minik avtomobilləri ilə Laçın – Gorus – Sisian – Şahbuz – Sədərək yoluyla hərəkət nə qədər cəlbedici və sərfəli olsa da, iri tonnajlı yük avtomobillərinin hərəkəti bu xətt üzrə çox çətindir. Xüsusən də dəniz səviyyəsindən 2400 m-dək yüksəklikdən keçən bu yolla oktyabrdan aprelədək hərəkət çox risklidir – “Biçənək aşırımı” ya qarla örtülü olar, ya da sıx dumanla…

Bununla belə, Naxçıvan camaatı bu yolun da tezliklə işə düşəcəyinə çox böyük ümid bəsləyir. Çünki bu yolun işləkliyi – Şərqin qapısının açılması iqtisadi və sosial həyatı yenidən canlandıracaq, sürətlə boşalan kəndlərimizə yeni nəfəs verərərk onlara qayıdışı sürətləndirəcək və əvvəlkindən də gur həyat yoluna çevriləcək…

Allah bizi tərəqqiyə götürən bütün yollarımızı həmişə açıq və uğurlu etsin!”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qlendeyl ilə Xocavənd qardaşlaşma qətnaməsi qəbul edib

Next Post

Bu bir peşmanlıq, üzrxahlıq yazısı deyil-Əli Şamil yazır

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bu bir peşmanlıq, üzrxahlıq yazısı deyil-Əli Şamil yazır

Bu bir peşmanlıq, üzrxahlıq yazısı deyil-Əli Şamil yazır

Sabah Bakıda hava çiskinli olacaq, rayonlara yağış yağacaq

Sabahın hava proqnozu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.