"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əməliyyat: 750 mini xaricə köçürmək istəyənlər saxlanıldı

05 Oktyabr 2023 - 13:35
in HADİSƏ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycandan 749 min manat pulun xaricə qanunsuz köçürülməsinin qarşısını alıb.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Qurumdan Elchi.az-a verilən məlumata görə, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat idarəsinin əldə etdiyi məlumat nəticəsində müəyyən olunub ki, Bakı sakini Şəhriyar Hafiz oğlu Əkbərov digərləri ilə qabaqcadan əlbir olaraq və bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Laçın” və “Sədərək” ticarət mərkəzlərinin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə əvvəlcədən razılıq əldə edərək onlara məxsus pul vəsaitlərinin əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə qanunsuz olaraq köçürülməsini təşkil ediblər.

Belə ki, həmin şəxslər pul vəsaitinin məbləğindən asılı olaraq 1,1-1,2 % qazanc müqabilində Azərbaycandan Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərində (Dubay şəhərində) pul sahiblərinin əvvəlcədən bildirdikləri şəxslərə qanunsuz olaraq köçürmələr təşkil ediblər.

Qurulmuş sxemə əsasən, qanunsuz əməllərin törədilməsinə kuryer kimi cəlb edilmiş Ramin Akif oğlu Soltanov və Əlzamin Abdulsəməd oğlu Abızadə vasitəsilə müxtəlif şəxslərə aid pul vəsaitlərinin toplanması təşkil olunub, həmin vəsaitlər paytaxtın Səbail rayonu ərazisindəki Biznes Mərkəzində icarəyə götürülmüş ofisdə Raman Şahin oğlu Nağıyevə verilib. Sonuncu isə qanunsuz köçürüləcək pul vəsaitlərinin hansı valyutada olması və məbləği barədə məlumatları Ş.Əkbərova ötürüb. Bundan sonra Ş.Əkbərov Türkiyə, Çin və Dubaydakı etibar etdiyi şəxslərə məlumat verməklə qanunsuz olaraq pul vəsaitlərinin köçürülməsi fəaliyyətini təşkil edib.

Əldə edilmiş məlumatlar əsasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.09.2023-cü il tarixli qərarı ilə paytaxtın Səbail rayonu ərazisindəki Biznes Mərkəzinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş avtodayanacaq meydançasında Əlzamin Abdulsəməd oğlu Abızadənin idarə etdiyi “Toyota Prius” markalı 90 TY 929 dövlət qeydiyyat nişanlı avtomobildə onunla birlikdə olan sərnişinlər Ramin Akif oğlu Soltanov və Raman Şahin oğlu Nağıyevi saxlayıblar. Dəstənin Biznes Mərkəzindəki ofisində iki nəfər hal şahidinin iştirakı ilə əl çantalarına baxış keçirilib.

Baxış zamanı R.Soltanov və Ə.Abızadəyə məxsus sellofan bağlamalarda, həmçinin R.Nağıyevə məxsus əl çantasında cəmi 318 190 ABŞ dolları və 208 410 manat olmaqla, ümumilikdə 749 333 manat məbləğində qanunsuz olaraq köçürüləcək pul əskinasları aşkar edilərək götürülüb.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində Ş.Əkbərov və digərlərinin qaçaqmalçılıq əlamətləri olmadan əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və yaxud xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyətilə məşğul olması faktı üzrə Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, həmin şəxslər 749 333 manat pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə köçürülməsini təşkil edib. Cinayət işi üzrə Ş.Əkbərov 30 sentyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub. Həmin tarixddə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Əkbərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ Yaponiyanın müdafiəsinə dəstəyini bir daha bəyan edir

Next Post

Fanatik yəhudilərin Əl-Əqsa məscidinə basqınları davam edir

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Fanatik yəhudilərin Əl-Əqsa məscidinə basqınları davam edir

Fanatik yəhudilərin Əl-Əqsa məscidinə basqınları davam edir

Cənubi Koreya və Yaponiya 9 ildən sonra “strateji dialoq” görüşü keçirib

Cənubi Koreya və Yaponiya 9 ildən sonra “strateji dialoq” görüşü keçirib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.