"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələri…

17 Avqust 2022 - 11:28
in SOSİAL

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Agentlikdən Elchi.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində istehlakçılara təqdim olunan bir sıra içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər həyata keçirilib. Bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra içkilərdən nümunələr götürülərək laborator müayinələr aparılıb.

Monitorinqlər çərçivəsində aşağıdakı içkilərin enerji içkisi olub-olmaması araşdırılıb:

1. “A+ Co” ASC tərəfindən istehsal edilən “Pit bull” – enerji içkisi deyil;

2. АО МПБК “Очаково” tərəfindən istehsal edilən “Mohito Fresh” – enerji içkisi deyil;

3. “OOO Megapak” tərəfindən istehsal edilən “Fresco” (mojito çiyələk) – enerji içkisi deyil;

4. “Boom Group” Ltd tərəfindən istehsal edilən “Boom” (cherry) – enerji içkisi deyil;

5. “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar” – enerji içkisi deyil;

6. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Jara” (moxito) – enerji içkisi deyil;

7. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Berg glukose” – enerji içkisi deyil;

8. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Jara” – enerji içkisi deyil;

9. “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon” – enerji içkisi deyil;

10. “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell” – “Hell classic night” istisna olmaqla, enerji içkisi deyil;

11. “A+ Co” ASC tərəfindən istehsal edilən “Full orijinal yeni nəsil” – “Full energy” istisna olmaqla, enerji içkisi deyil;

12. “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” – enerji içkisi deyil.

Qeyd edək ki, yuxarıda sadalanan içkilər alkoqolsuz sərinləşdirici içkilərdir. Odur ki, enerji içkisi olmadığı müəyyənləşdirilən bu məhsulların qablaşdırmasının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan və onların sanki enerji içkisi olması təəssüratı yaradan şüarlardan, ifadələrdən və s. istifadə edildiyi üçün həmin məhsullara, eyni zamanda idxalçı və ya istehsalçı müəssisələrə münasibətdə qanunvericilik çərçivəsində tədbirlər görülür.

Aparılan monitorinqlər zamanı ticarət şəbəkələri və ictimai iaşə obyektləri tərəfindən yuxarıda adları qeyd edilən içkilərin istehlakçılara “enerji içkisi” kimi təqdim olunması (həmin içkilərin enerji içkiləri adlı bölmədə yerləşdirilməsi, qiymət etiketində enerji içkisi qeyd olunması və s.) halları aşkarlanıb ki, bu da istehlakçıların aldadılmasına və onların hüquqlarının pozulmasına səbəb olur.

Bildirilib ki, AQTA tərəfindən ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlərdə bu kimi hallar aşkarlandıqda, həmin obyektlərə qarşı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.

AQTA istehlakçılara bildirib ki, qeyd olunan məhsulları alarkən enerji içkisi olmadığını nəzərə alsınlar və üzərində enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şuşadakı əmlaklar qiymətləndiriləcək

Next Post

Rusiya Ermənistana nota verdi – Səfirlikdən etiraz

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Rusiya Ermənistana nota verdi – Səfirlikdən etiraz

Rusiya Ermənistana nota verdi - Səfirlikdən etiraz

BBC “Azərbaycan möcüzələri”ni göstərəcək

BBC “Azərbaycan möcüzələri”ni göstərəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.