Respublikaçı senator Con Barrasso bildirib ki, ABŞ prezidenti Co Baydenin ən böyük günahı enerji müstəqilliyindən imtina etməkdir.
Elchi.az xəbər verir ki, bu barədə siyasətçi Fox News-da deyib: “Bizdə bu var idi, amma indi yoxdur”.
Onun sözlərinə görə, Ağ Ev rəhbəri ABŞ-ın enerji sektorunu boğan “iqlim ekstremistlərinin” təsiri altındadır.
Senator onu da xatırladıb ki, Baydenin dövründə ölkədə inflyasiya və cinayətkarlıq kəskin şəkildə artıb.
“Bayden Amerikanı elə bir vəziyyətə saldı ki, bizim kürəyimizdə “məni təpiklə” deyən bir kağız parçası var” dedi Barrasso.
O, ABŞ-ın neft hasilatını artırmaq tələbini rədd edən Səudiyyə Ərəbistanının hərəkətlərini təəccüblü adlandırıb.
Şayəstə




