Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və Qəzzada dinc sakinlərin ayrı-seçkilik olmadan öldürülməsinə qarşı çıxış edib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Siyasətçi həmçinin Təl-Əvivi təşkilat kimi deyil, dövlət kimi aparmağa çağırıb. “İsrail yadda saxlamalıdır ki, əgər dövlət kimi deyil, təşkilat kimi davranarsa, sonda təşkilat kimi rəftar ediləcək”, – Türkiyə lideri Qəzza zolağında kütləvi dağıntılar barədə xəbərlər arasında deyib.
Onun sözlərinə görə, Ankara açıq şəkildə İsrail ərazisində dinc əhalinin öldürülməsinə qarşıdır.
Havar Şəfiyeva






